Page 596 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 596
Ïàòðèê Ìîäèàíî
O gecә Küjas küçәsindәki kafedә mәn gәlib onların masası
arxasında әylәşәrkәn sözlәrimizdә müәyyәn bayağılığa yol versәk
dә, Van Beverlә Karto arasında bir qәdәr sıxıntı duyulurdu. Bu
sıxıntını Jaklinin susqunluğunda, Van Beverin cavabdan
yayınmasında mәn elә indi dә hiss edirdim.
– Problem ondadır ki, bu tipin sırtıqlığı qәdәrindәn artıqdır, –
Jaklin dedi vә onun tәşәbbüsü öz üzәrinә götürüb bu etirafı dilә
gәtirmәsi, deyәsәn, Van Beverә müәyyәn toxtaqlıq verdi; mәndәn
gizlәtdiklәri sanki yalnız bu idi, başqa gizlin işlәri yoxdu.
– Biz onu görmәyә çox da can atmırıq, – Van Bever Jaklinin
dediyinә әlavә elәdi. – O özü bizdәn әl çәkmir…
Hә, o vaxt kafedә Karto da mәhz bunu deyirdi. Onlar iki ay
qabaq Lanqryun kazinosunda tanış olmuşdular. Karto vaxtı
öldürmәk üçün tәkbaşına ruletka oynayırmış. Sonra onları Lyuk-
syur-Mer yaxınlığındakı yeganә açıq restorana şam yemәyinә
dәvәt etmişdi vә söhbәt әsnasında demişdi ki, guya bu tәrәflәrdә,
Qavrda dantist işlәyir.
– Siz düşünürsünüz ki, bu düzdür? – mәn maraqlandım.
Deyәsәn, Van Bever mәnim bu cәsarәtimdәn – Kartonun
peşәsinә şәkk gәtirmәyimdәn tәәccüblәndi. Demәli, Qavrda
dantist. Qabaqlar mәn o şәhәrdә dәfәlәrlә olmuşam (ordan
İngiltәrәyә bәrә gedirdi), körpünün yanında o ki var gәzişmişәm.
Vağzala necә gәlmәyimi, limana necә getmәyimi xatırlamağa
çalışdım. Çox geniş küçәlәrdә hamısı eyni cür, eyni ölçüdә olan
hündür beton binalar. Bu nәhәng binalar vә onların qarşısındakı
geniş meydançalar mәnә hansısa boşluq hissi aşılayırdı. İndi isә
mәnә lazım idi ki, Kartonu bu şәraitdә xәyalımda canlandırım.
– O, hәtta bizә Qavrdakı ünvanını da verdi, – Van Bever dedi.
Jaklinin yanında cәsarәt elәmәdim ondan soruşum ki, bәs
Kartonun Parisdәki, Osman bulvarındakı evindәn xәbәri varmı;
ona bu ünvan da mәlumdurmu. Birdәn Jaklinin baxışlarında