Page 592 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 592
Ïàòðèê Ìîäèàíî

Turnel sahil küçәsindә mәni gözlәyir. Jaklindәn soruşmadım ki,
harda olmasını ona nәylә izah edәcәk.

Tәk qalanda, mәndә belә bir tәәssürat yarandı ki, deyәsәn,
dünәnki hәmin nöqtәyә qayıtmışam: mәn yenә dә heç nәyә әmin
deyildim vә indi yalnız o qalırdı ki, burdamı, ya Dante küçәsindәmi
onun yolunu gözlәyim; yaxud gecә saat birәcәn Küjas küçәsindә
veyillәnim. Şәnbә günü Van Bever yenidәn Forj-lez-O-ya, yaxud
Dyepә gedәcәk, biz dә gedib onu metroyacan ötürәcәyik. Əgәr
Van Bever icazә versә ki, Jaklin Parisdә qalsın, hәr şey eynәn o
dәfәki kimi olacaq. Vә belәcә sonsuzluğa qәdәr.

Mәn üç-dörd iri albomu öz kәtan çantamın içinә soxub aşağı
düşdüm. İnzibatçıdan Paris küçәlәri üzrә telefon kitabçasını xahiş
etdim – göy cildli qәttәzә kitabçanı çıxarıb mәnә uzatdı. Osman
bulvarındakı bütün evlәri nәzәrdәn keçirib, nәhayәt, 158 nömrәli
evdә yerlәşәn Jakmar-Andre muzeyini tapdım. 160 nömrәli evdә
isә Pyer Robb adlı hansısa dantist yaşayırdı. Hәr ehtimala qarşı
onun telefon nömrәsini yazdım: Vaqram 13-18. Sonra kәtan
çantamı çiynimә atıb Sen-Jülyen-le-Povr kilsәsinin yaxınlığındakı
ingilis kitab dükanına getdim. Orda albomlardan birini –"Italian
Villas and Their Garden"i sata bildim. Yüz әlli franka.

Osman bulvarındakı 160 nömrәli binanın qabağında bir neçә
dәqiqәni tәrәddüd içindә qaldım, giriş qapısından içәri girdim.
Divarda iri çap hәrflәriylә adlar vә mәrtәbәlәr yazılmış lövhә
asılmışdı:

Doktor P.Robb – P.Karto
3-cü mәrtәbә

P.Karto bir qәdәr fәrqli hәrflәrlә yazılmışdı: aşkar görünürdü
ki, onu ora sonradan әlavә ediblәr. Əvvәlcә belә qәrara gәldim
ki, üçüncü mәrtәbәnin qapı zәngini basım, ancaq alaqaranlıqda
   587   588   589   590   591   592   593   594   595   596   597