Page 589 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 589
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 589
bilsin, hәlә әn axırda, mәhәllәyә qayıdandan sonra, hardasa bu
yaxınlıqda daha bir qәdәh içәcәklәr. Amma әvvәlcә lazım idi ki,
yaxalarını mәndәn qurtarsınlar.
Van Bever maşından çıxdı, amma qapını örtmәdi, açıq saxladı.
Mәnә elә göründü ki, Kartonun әli Jaklinin dizinә toxundu. Bәlkә
dә belә deyildi, ola bilsin, gözümә toranlıqda belә görsәnmişdi.
Jaklin dodaqlarını aralamadan mәnә “hәlәlik”, Karto isә bivec
tonla “gecәniz xeyrә qalsın” dedi. Yox, mәn doğrudan da burda
artıq idim. Van Bever mәn maşından düşәnәcәn sәkidә sakitcә
durub gözlәyirdi. O, mәnim әlimi sıxdı. “Ola bilsin, bu günlәrdә
Dante kafesindә görüşәk” dedi.
Hotelin kandarında geri çöndüm. Van Bever mәnә әl elәyib
maşına әylәşdi. Qapı örtüldü. İndi o, arxa oturacaqda tәk otur-
muşdu. Maşın yerindәn tәrpәnib Senaya tәrәf istiqamәt götürdü.
Tәrslikdәn Austerlits küçәsi vә Lion vağzalı da hәmin istiqamәtdә
idi – düşündüm ki, Parisdәn gedirlәr.
Nömrәyә qalxmazdan әvvәl gecә gözәtçisindәn xahiş etdim
ki, telefon kitabçasını mәnә versin, amma hәlә bilmirdim “Karto”
necә yazılır. "Cartau, Cartaud, Cartault, Cartaux, Carteau, Carteaud,
Carteaux". Heç birinin dә adı Pyer deyildi.
Heç cür yuxulaya bilmәdim, bir yandan da Kartoya niyә sual
vermәmәyimin peşmançılığını çәkirdim. Bәs soruşsaydım, cavab
verәrdimi? Əgәr o hәqiqәtәn stomatologiyanı bitiribsә, hazırda
dantist işlәyirmi? Mәn onu öz kabinetindә, diş hәkiminin ağ
xalatında, pasiyentlәri qәbul elәyәn vәziyyәtdә tәsәvvür etmәyә
çalışdım. Sonra fikrim Jaklinin vә onun dizinә toxunan Kartonun
әlinin üzәrinә qayıtdı. Bәlkә Van Bever mәnә, lap az da olsa,
nәyisә izah edә bildi.
Narahat yatdım. Yuxuda reklam kimi yanıb-sönәn parlaq ad-
ları gördüm: "Cartau, Cartaud, Cartault, Cartaux, Carteau, Car-
teaud, Carteaux".