Page 587 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 587
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 587
– Mәnsә tәlәbә olmuşdum, bax elә bu üzbәüzdәki… – o,
barmağını qarşı sәkidәki çox da hündür olmayan binaya tuşlayıb
sözünә davam elәdi: – hә, burda Fransa Ali Ortopedik Mәktәbi
vardı. Mәn orda ancaq birinci kursu keçdim… sonra Avenyu de
Şuazidәki stomatoloji fakültәyә daxil oldum…
İndi o, bizimlә nikbin tonda, çox inamla danışırdı. Hәqiqәtәnmi
sәmimiydi? Bәlkә yalnız onu istәyirdi ki, bizdәn yaşlı olduğunu,
bir dә daha tәlәbә olmadığını... unudaq?
– Stomatologiyanı mәn o sәbәbdәn seçdim ki, konkret nәyisә
öyrәnim. Amma әslindә mәnim xoşladığım iş bilirsiz nәdir?
Avaralanmaq, veyillәnmәk. Elә sizin kimi…
Yox, mәn bu boz kostyumlu otuz beş yaşlı kişinin iş-gücünü
atıb bizimlә Latın mәhәllәsindәki kafedә oturmasının başqa heç
bir ağlabatan sәbәbini tapa bilmirdim: onun Jaklin xoşuna gәlirdi,
vәssalam.
– Nәsә içәrsiniz? Mәn özümçün yenә viski sifariş edirәm…
Van Beverlә Jaklin cüzi dә olsa hövsәlәsizlik göstәrmirdilәr.
Mәnsә, ayaqlarının qurğuşun kimi ağır olması sәbәbindәn heç
cür qalxa bilmәdiyin pis yuxudakı kimi, yerimdә oturub qalmışdım.
Hәrdәnbir çönüb Jaklinә baxırdım: ürәyimdәn çox keçirdi ki,
ona bu kafeni tәrk etmәsini, burdan çıxıb getmәyi tәklif edim.
Bax elәdә biz bir-birimizә qoşulub Lion vağzalınacan gedәrdik.
Orda gecә qatarına minәrdik, sabah sübh tezdәn isә Lacivәrd
sahilә yetişәr, yaxud İtaliyada olardıq.
Maşın uzaqda deyildi, Küjas küçәsindә, dәmir sürahılı pillәlәrin
yanında dayanmışdı. Jaklin qabaqda oturdu.
Karto qaldığım hotelin ünvanını soruşdu. Sen-Jak küçәsiylә
gedib Sen-Jermen bulvarına çıxdıq.
– Əgәr mәn düzgün başa düşmüşәmsә, – o dedi, – siz hamınız
mehmanxanada yaşayırsınız.