Page 590 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 590
Ïàòðèê Ìîäèàíî
Yuxudan sәhәr saat sәkkizә yaxın oyandım: kimsә qapını
döyürdü. Jaklin idi gәlәn. Mәnim baxışlarım, çox güman ki,
indicә pis yuxudan sәksәnib ayılmış adamın çaşqın baxışlarına
bәnzәmәliydi. Dedi ki, düşüb küçәdә gözlәyәr. Qaranlıq idi.
Mәn onu pәncәrәdәn görürdüm – gedib bulvarın qarşı tәrәfindәki
skamyada oturdu. Dәri gödәkcәsinin yaxalığını qaldırmışdı,
әllәrini dә cibinә qoymuşdu ki, isinsin. Biz Senaya tәrәf üz
tutduq, Çaxır bazarının qarşısındakı axırıncı kafeyә girdik. Hәlә
dә gözümә inana bilmirdim – onun burda mәnimlә üzbәüz
oturması ağlasığan iş deyildi. Nә möcüzә baş vermişdi? Dünәn
axşam Kartonun maşınından düşәndәn sonra hadisәlәrin öz
mәcrasını bu asanlıqla dәyişәcәyini tәsәvvür etmәzdim. Mәn
başqa şeyә hazırlaşmışdım: uzun, üzücü axşamlar Dante kafesindә
oturub onları boş-boşuna gözlәmәyә. Jaklin izah elәdi ki, bәs
Van Bever hәr ikisinin doğum şәhadәtnamәsini gәtirmәk üçün
Atis-Monsa gedib; neyçün ki, tәzә pasport ala bilsinlәr: köhnә
pasportlarını onlar üç ay әvvәl Belçikaya gedәrkәn itiriblәr.
Jaklinin mәnә münasibәti dünәn axşamkı laqeyd münasibәt
deyildi – onları gözlәnilmәdәn Karto ilә birgә tutarkәn mәni
dilxor elәyәn münasibәtdәn әsәr-әlamәt yox idi. O, yenidәn
birlikdә vaxt keçirdiyimiz hәminki Jaklin olmuşdu. Soruşdum
qripi keçibmi.
Çiyinlәrini çәkdi. Hava dünәnkindәn daha soyuq olsa da, o
yenә öz nazik dәri gödәkcәsindәydi.
– Sizә palto lazımdır, әsl palto.
– “Əsl palto” siz nәyә deyirsiniz? – yüngül istehza ilә üzümә
baxıb soruşdu.
Sualın mәnimçün gözlәnilmәz olduğunu Jaklin, deyәsәn hiss
elәdi vә bunu sanki mәni sakitlәşdirmәk üçün dedi:
– Onsuz da qış tezliklә qurtaracaq.
Mayorkadan xәbәr gözlәyirdi. Guya tezliklә xәbәr gәlmәliydi.
O, yazda gedәcәklәrinә ümid edirdi. Mәnimsә öz istәyimdәn