Page 585 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 585
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 585

– Qәribә niyә? – Van Bever özünü maraqlanmış kimi göstәrib,
sadәlövh sәslә soruşdu.

– Yeri gәlmişkәn, bilmәk maraqlı olardı, sizin Lanqryunda nә
işiniz vardı, neylәyirdiniz orda, – Jaklin bunu deyib, Kartonun
üzünә gülümsündü.

Van Bever adәtkәrdә olduğu öz jokey pozasını aldı: belini
donqardıb başını çiyinlәrinә qısdı. Deyәsәn, o özündә deyildi.

– Bәs siz necә, kazinoda oynayırsız? – mәn Kartodan soruşdum.
– Çox da yox. Mәnә kazinoda olmağın özü maraqlıdır. Ora
bikarçılıqdan gedirәm. Elә-belә… işim olmayanda …
Bәs işi olanda nәylә mәşğul olur?
Jaklinlә Van Beverin nigarançılığı tәdricәn sovuşurdu. Görәsәn,
onlar nәdәn ehtiyatlanırdılar? Bәlkә qorxurdular ki, Kartoya xoş
gәlmәyәcәk hansısa söz çıxar ağzımdan, ya da Karto onların hәr
ikisinin mәndәn gizlәtmәk istәdiklәri nәyisә söhbәt әsnasında
bilmәdәn ağzından qaçırar.
– Yaxşı, gәlәn hәftә Forja gedәcәksinizmi? – Karto şәn halda
onlara baxdı.
– Bәlkә Dyepә getdik, – Van Bever cavab verdi.
– Sizi maşınla apara bilәrәm. Belә tez olar, – Karto ona dedi,
sonra bizә sarı döndü: – Dünәn biz Dyepdәn bura gәlmәyә
cәmisi bircә saat vaxt sәrf elәdik…
Bәs belә. Demәli, Van Beveri Parisә gәtirәn bu imiş. Mәn
Küjas küçәsindә dayanan qara maşını xatırladım.
– Sizin tәrәfinizdәn böyük lütfkarlıq olardı, – Jaklin dedi. –
Hәr dәfә qatarla getmәk başağrısıdır…
O, kişiyә qәribә nәzәrlә baxırdı: sanki Karto müәyyәn tәsir
göstәrir, Jaklin isә ona heyranlıq hissindәn qurtula bilmirdi. Bәs
Van Bever bunu duyurdumu?
– Sizә xidmәt göstәrmәkdәn mәmnun olardım, – Karto dedi.
– Ümid edirәm ki, siz dә bizimlә gedәcәksiniz…
   580   581   582   583   584   585   586   587   588   589   590