Page 586 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 586
Ïàòðèê Ìîäèàíî

O, mәnә ironiya ilә baxırdı. Belә düşünmәk olardı ki, indi o,
mәni tanımaq istәyirdi vә deyәsәn, gözünә aciz görünmüşdüm,
bir qәdәr yazığı gәlirdi mәnә.

– Yox, – dedim. – Mәn әyalәt kazinolarında veyillәnmirәm.
Saymazyana tәrzdә verdiyim bu quru cavabın ona toxunduğu
açıq-aşkar görünürdü. Sözlәrim Jaklini bәrk tәәccüblәndirdi, Van
Bever isә buna heç bir reaksiya göstәrmәdi.
– Haqlı deyilsiniz. Əyalәt kazinoları çox әylәncәli yerdir…
Baxışları sәrtlәşdi. Heç şübhәsiz, cavabım xәtrinә dәymişdi:
utancaq görkәmli cavanın dilindәn belә bir cavab çıxacağını
qәtiyyәn gözlәmirdi. Çalışdım pәrtliyi aradan qaldırım.
– Doğru deyirsiniz, tamamilә haqlısınız… Bu, әylәncәli işdir…
Xüsusәn dә Lanqryunda…
Hә, bilmәk istәrdim ki, Jaklinlә, Van Beverlә tanış olarkәn,
Lanqryunda onun nә iti azmışdı. O şәhәrciyi mәn yaxşı tanıyırdım:
ötәn il Normandiyaya gedәrkәn orda dostlarla yarım gün vaxt
keçirmişdim. İndi mәn bu boz kostyumlu Kartonun yağışlı havada
dәniz kәnarındakı köhnә mülklәrin arasında kazino axtarmasını
çәtinliklә tәsәvvür edirdim. Çünki kazinonun Lanqryunun özündә
deyil, bir neçә yüz metr aralıda – Lyuk-syur-Merdә olduğunu,
indi dumanlı şәkildә dә olsa, xatırlayırdım.
– Siz tәlәbәsiniz?
Nәhayәt ki, soruşdu. Əvvәlcә az qala “hә” deyәcәkdim. Amma
bu sadә cavab çox şeyi qәlizlәşdirәrdi: axı onda dәqiqlәşdirmәk
lazım gәlәrdi ki, harda oxuyuram vә ixtisasım nәdir.
– Yox, – dedim. – Mәnim hazırkı işim kitab dükanlarıyla
bağlıdır.
Güman edirdim ki, bu cavab bәs elәyәcәk. Bәs görәsәn o,
Jaklinlә Van Beverә bu cür suallar vermişdimi vә onların cavabı
nә olmuşdu? Van Bever buyruqçu olduğunu ona demişdimi?
Düşünmürәm desin.
   581   582   583   584   585   586   587   588   589   590   591