Page 582 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 582
Ïàòðèê Ìîäèàíî
Sen-Mişel bulvarıyla üzüyuxarı gedirdim vә mәndә belә bir
tәәssürat vardı ki, çoxdandı eyni sәkidә fırlanıram. Mәlum deyil
nәyә görә, hansı sәbәbdәn mәn bu küçәlәrin әsirinә çеvrilmişәm.
Yәni yalnız ona görә ki, sәnәdlәrin yoxlana bilәcәyini göz önünә
qoyub cibimdә saxta tәlәbә bileti gәzdirirәm, bu sәbәbdәn dә
tәlәbә mәhәllәsindә olmağım daha yaxşıdır?
“Lima” mehmanxanasının qapısına çatanda tәrәddüd içimi
gәmirmәyә başladı: içәri girim, ya yox. Axı bütün günümü küçәdә
keçirә bilmәzdim ki; liseyә, Sorbonnaya, Dağ İnstitutuna tәlәsәn
qoltuğu portfel-çantalı bu adamların arasında qala bilmәzdim ki…
Çarpayıya sәrәlәndim. Başqa nәsә elәmәkçün otaq çox
balacaydı: nә stul vardı, nә kreslo.
Kilsә çanı uzandığım yerdә pәncәrәdәn görünürdü. Şabalıd
ağacının budaqları da. Onların çılpaqlığına yazığım gәlirdi, amma
yazın gәlmәsi azından bir ay çәkәcәkdi. Bilmirәm, hәmin vaxt
gәlәcәk barәsindә fikirlәşirdimmi. Güman ki, daha çox hazırkı
zaman haqqında düşünürdüm, bir dә bugünkü kimi dumanlı
qaçış planlarını vә bir azdan, ola bilsin, Jaklinlә Van Beveri
Dante kafesindә görәcәyimi.
***
Onlar mәni Karto ilә tanış edәndә gec idi, çox gec – saat birә
az qalmışdı. Bütün axşamı Dante kafesindә boş-boşuna oturub
elәcә gözlәmişdim, amma onların dalınca hotelә getmәyә hünәrim
çatmamışdı. Sommerar küçәsindәki çin restoranlarından birindә
hansısa xörәkdәn dadmışdım. Jaklini bir daha görmәk şansının
yoxluğu iştahamı küsdürmüşdü. Özümә tәskinlik vermәyi dә
sınaqdan keçirmişdim: hoteldәn bu tezliklә çıxıb getmәzlәr! Lap
әgәr getsәlәr dә, yәqin ki, portyedә mәnimçün ünvan qoyarlar.
Amma belә baxanda, axı onlar nәyә görә mәnә öz tәzә ünvanlarını
qoymalıydılar? Hansı әsasla? Yaxşı, onsuz da bekarçılıqdır: