Page 577 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 577
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 577

gecәni yuxusuz keçiriblәr: hәmişә olduğundan daha qıvraq, daha
gümrah görünürdülәr. Xüsusәn dә Jaklin. Onlar iki min frank
udmuşdular.

Bu dәfә Van Bever Forjdan hәmişәki kimi qatarla yox, Lanq-
ryun kazinosunda tanış olduğu bir nәfәrin maşınıyla gәlәsiydi.
Hәmin adam Parisdә yaşayırdı. Biz mehmanxanadan çıxanda
Jaklin dedi ki, Van Bever artıq Küjas küçәsindә ola bilәr.

Soruşdum ki, bәlkә Jerarla görüşә tәk getsin; orda mәnim
iştirakım hәqiqәtәnmi vacibdir? Amma Jaklin çiyinlәrini çәkib
dedi ki, bәs mәnim dә getmәyimi istәyir.

Bizdәn başqa kafedә bir kimsә yox idi. Neon lampalar, az
qala, gözümü kor edirdi. Küçәdә hava hәlә zülmәt qaranlıq idi
vә mәn zaman anlayışını itirmişdim. Biz vitrin kimi böyük
pәncәrәnin qarşısındakı hündür bar kәtilindә yanaşı әylәşmişdik.
Mәndә elә tәәssürat yaranmışdı ki, guya gecә düşür.

Qara bir avtomobilin yaxınlaşıb kafenin önündә necә dayandığını
pәncәrәdәn gördüm. Van Bever, әynindә hәminki sәtin palto,
maşından çıxdı. Sürücüyә tәrәf әyilib nәsә dedi, sonra qapını
çırpıb örtdü. Nәzәrlәriylә bizi axtarsa da, heç nә görmәdi. Ağlı
kәsdi ki, yәqin hardasa zalın dәrinliyindә olarıq. Neon lampaların
arxasında mәn onun tez-tez itib-batdığını, yoxa çıxıb tәzәdәn
peyda olduğunu görürdüm. Axırda bizi gördü, gәlib üzbәüz
kәtildә oturdu.

Görkәminә baxanda demәzdin ki, mәnim burda olmağımdan
tәәccüblәnib. Ya bәlkә bәrk yorulduğundan sual vermәyә hәvәsi
yoxdu? Elә bu mәqamda özünә böyük fincanda qәhvә, bir dә
kruassan sifariş verdi.

– Lap axırda mәn Dyepә getdim…
Yaxalığı qaldırılmış paltoda elәcә oturmuşdu. Belini büküb
başını çiyinlәrinә qısdı. Adәtiydi, hәmişә belә otururdu; nәdәnsә,
   572   573   574   575   576   577   578   579   580   581   582