Page 574 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 574
Ïàòðèê Ìîäèàíî
O, Jerarın adını xüsusi avazla çәkdi. Düzdür, Jerarla hәrdәn
kobud davranırdı, amma küçәdә hәmişә әlindәn yapışırdı, ya da
biz Dante kafesindә oturanda başını onun çiyninә qoyurdu. Bir
dәfә nahardan sonra mәn onların nömrәsinin qapısını döydüm vә
Jaklinin içәridәn “Buyurun!” demәsini eşitdim. Onlar mәhәccәrin
altındakı ensiz çarpayıda yanaşı uzanmışdılar.
– Mәn Jerarsız qala bilmirәm…
Söz onun ağzından o tәrzdә çıxdı ki, sanki mәnim burda
olduğumu unudub öz-özüylә danışırdı. Deyәsәn, mәn birdәn-
birә artığa çevrilmişdim vә bu mәqamda yәqin ki, әn yaxşısı –
onu tәk buraxmaq idi. Odur ki, sağollaşmaq üçün artıq bәhanә dә
axtarırdım, amma bu vaxt o mәnim üzümә nәzәr saldı. Əvvәl
gözü yol çәkirmiş kimi baxdı, özümü isә sanki sonradan gördü.
Sükutu mәn pozdum:
– Qripiniz noldu, hәlә sovuşmayıb?
– Aspirin tapmaq lazımdır. Yaxınlıqda bir aptek tanımırsınız?
Belә baxanda, indiyәcәn mәnim rolum elә bundan ibarәt
olmuşdu: onlar üçün ya poçt şöbәsi, ya aptek tapmaqdan.
Yaxınlıqdakı aptek Sen-Jermen bulvarında, hotelimin elә düz
böyründәydi. Jaklin tәkcә aspirin yox, hәm dә bir flakon efir
aldı. Bernardinlәr küçәsinin tininә qәdәr bir neçә dәqiqәni yanaşı
addımladıq. O, mәnim hotelimin girişindә ayaq saxladı.
– İstәsәniz, birlikdә şam edә bilәrik.
Jaklin әlimi sıxıb gülümsәdi. Mәnimlә qalmasını xahiş
etmәkdәn özümü zorla saxladım.
– Mәnim dalımca saat yeddidә gәlin, – dedi.
Vә tini burulub getdi.
Qızın dalınca baxmaqdan özümü saxlaya bilmәdim: o, әllәrini
qış üçün qәti münasib olmayan öz dәri gödәkcәsinin cibinә
soxub sahil küçәsi istiqamәtindә uzaqlaşırdı.