Page 571 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 571
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 571

Dedim ki, yaxşı olardı nәsә isti bir şey içsin vә biz Dante küçә-
sindәki kafeyә gәldik.

Kafedә axşamçağının hәmişәki uğultusu hökm sürürdü. Elektrik
bilyardın yanında iki nәfәr fırlanırdı, amma Jaklin oynamaq
istәmirdi. Mәn ona qroq sifariş etdim. İçәndә üz-gözünü turşutdu,
sanki zәhәr dadırdı. “Siz nahaq bu gödәkcәdә gәzirsiniz” – ona
dedim. Tanışlığımızdan bәri onunla “sәn”ә keçmәk mәnә qismәt
olmamışdı: Jaklin aramızda müәyyәn mәsafә qoymuşdu.

Biz kafenin uzaq küncündәki masanın arxasında, elektrik bil-
yarda lap yaxın yerdә oturmuşduq. Mәnә tәrәf әyilib dedi ki, bәs
özünü çox da yaxşı hiss etmәdiyi üçün Van Beverlә getmәyib.
Astadan danışırdı, ona görә mәn lap yaxın oturdum. Az qala
üzümüz bir-birinә toxunurdu. Mәnә dedi ki, qış qurtaran kimi
Parisdәn getmәk niyyәtindәdir. Bәs hara?

– Mayorkaya…
Tanış olduğumuz gün onun yola saldığı mәktub istәr-istәmәz
yadıma düşdü: zәrfin üstündә mәhz “Mayorka” yazılmışdı.
– Kaş günü sabah gedәydik, sabah gedә bilsәydik әcәb yaxşı
olardı…
Birdәn onun rәngi ağappaq oldu. Qonşu masadakı adamların
biri, bizi görmürmüş kimi, dirsәyini masamıza söykәyib söhbәtini
bayaqkı qaydasında davam etdirirdi. Jaklin yumşaq kәtilin lap
qırağına çәkildi. Elektrik bilyardın şaqqıltısı başıma düşmüşdü,
sәs mәnә yaman pis tәsir edirdi.
Getmәyi elә mәn dә arzulayırdım – neyçün ki, sәkilәrdә qar
әrimәyә başlamışdı, mәnimsә çәkmәlәrim çox köhnәydi.
– Qışın qurtarmasını niyә gözlәyәsiz ki? – soruşdum.
Jaklin gülümsәdi.
– Çünki әvvәlcә pul yığmaq lazımdır.
Vә siqaret yandırdı. Öskürә-öskürә. Yaman çox çәkirdi. Hә-
mişә dә açıqrәngli fransız tütününün dadsız qoxusu gәlәn eyni
siqaretdәn.
   566   567   568   569   570   571   572   573   574   575   576