Page 575 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 575
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 575

Ta axşam düşüncәyә qәdәr nömrәdәn bayıra çıxmadım.
Qızdırıcılar artıq işlәmirdi; elә paltodaca çarpayıya uzanmışdım.
Arada hәrdәnbir yüngülcә mürgülәyirdim, ya da Jaklinlә Jerar
Van Beverin barәsindә düşünә-düşünә gözümü tavandakı mәchul
bir nöqtәyә zillәyib baxırdım.

Görәsәn, Jaklin öz hotelinә qayıtdımı? Yoxsa Parisdә başqa
kiminlәsә görüşü vardı? Onun Van Beverlә mәni tәk qoyduğu
axşamlardan birini xatırlayıram. Biz ikilikdә kinoya getdik, axırıncı
seansa. Onda Van Bever gözümә bir qәdәr qayğılı görünmüşdü,
mәni dә kinoya yalnız vaxt öldürmәk üçün çәkib gәtirmişdi. Gecә
saat birә yaxın biz Jaklinlә yenidәn Küjas küçәsindәki kafedә
görüşәndә o, bütün axşamı nәylә mәşğul olduğu barәdә bizә heç
nә danışmadı. Heç Van Bever dә qıza elә bir sual vermәdi, sanki
mәnim iştirakım ikilikdә sәrbәst danışacaqlarını dilә gәtirmәkdә
onlara mane olurdu. Hәmin axşam mәnim orda artıq birisi olduğum
açıq-aşkar idi. Onlar mәni “Lima” mehmanxanasınacan ötürdülәr.
Lal-dinmәz. Kirimişcә. Cümә günüydü, sаbah isә, onlar hәmişәki
kimi ya Dyepә, ya Forj-lez-O-ya yollanasıydılar. Mәn qatarlarının
saat neçәdә yola düşmәsini soruşdum.

– Sabah biz Parisdә qalırıq, – Van Bever quru cavab verdi.
Onlar mәni mehmanxananın yanında tәrk etdilәr. Van Bever
“Sәhәrә qәdәr” dedi, heç әlimi dә sıxmadı. Jaklinsә üzümә baxıb
gülümsündü, amma bir qәdәr candәrdi: elә bil qorxurdu, ya da
Van-Beverlә birlikdә qalmaq istәmirdi. Qız sanki Üçüncü Şәxsin
iştirakını daha üstün tuturdu. Amma arxalarınca baxanda gördüm
ki, Jan Bever qızın әlindәn yapışıb. Görәsәn, nәdәn danışırdılar?
Bәlkә Jaklin nәdәsә özünә bәraәt qazandırırdı. Ya bәlkә Van
Bever qıza nәyisә irad tutur, onu qınayırdı? Yoxsa bunlar hamısı,
sadәcә, mәnim uydurmalarım idi?
Hoteldәn çıxanda hava artıq qaralmışdı. Mәn Bernardinlәr
küçәsiylә sahilә gәlib çatdım. Jaklinin otağının qapısını döydüm.
   570   571   572   573   574   575   576   577   578   579   580