Page 572 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 572
Ïàòðèê Ìîäèàíî

– Biz bu pulu sizin kitabların satışından yığa bilmәrik ki.
Onun ilk dәfә “biz” kәlmәsini işlәtmәsindәn mәn özümü son
dәrәcә xoşbәxt hesab etdim. Bu andan etibarәn sanki bir-birimizә
qırılmaz tellәrlә, әbәdi bağlarla bağlandıq.
– Jerar yәqin bu dәfә Dyepdәn, Forj-lez-O-dan kalan pul
gәtirәcәk, – mәn dedim, o isә çiyinlәrini çәkdi:
– Yarım ildir onun kombinasiyası ilә oynayırıq, intәhası hәlә
bir şey qazanmamışıq.
– Siz Jerarla çoxdan tanışsınız?
– Çoxdan… Paris әtrafında, Atis-Monsda tanış olmuşuq...
O, kirimişcә gözlәrimin içinә baxırdı. Sanki işarә edirdi ki,
bu mövzuda danışmağa bir şey yoxdur.
– Demәli, siz Atis-Monsdansınız.
– Aha.
Ablon yaxınlığındakı bu balaca şәhәrin adı mәnә yaxşı tanış
idi: dostlarımdan biri orda yaşayırdı. Valideynlәrinin maşınını
götürüb bir axşam mәni Orliyә aparmışdı. Birlikdә kinoya, sonra
aeroportun barına getmişdik. Gecә yarısınadәk barda oturub,
hәm bura, hәm dә uzaq diyarlara uçan tәyyarә reyslәrinin elanını
dinlәmişdik. İri salonda o ki var gәzişmişdik. Parisә avtostradada
yox, Vilnöv-le-Ruadan, Atis-Monsdan, cәnub istiqamәtindәki
digәr şәhәrәtrafı qәsәbәlәrdәn keçmәklә qayıtmışdıq…
Fikirlәşdim ki, mәn oralarda Jaklinlә dә qarşılaşa bilәrdim.
– Sizin birgә sәyahәtlәriniz çox olub?
Bayağı söhbәti canlandırmaq xatirinә verilәn suallardan biri.
Mәn bu sualı sәsimә rәng qatıb, ondan etinasızcasına soruşdum.
– Yox, demәzdim, – Jaklin cavab verdi. – Əslindә, bunu
sәyahәt adlandırmaq düzgün olmazdı. Amma әgәr indi әlimizә
bir az pul keçsәydi…
Sәsini lap alçaltdı, elә bil mәnimlә hansısa sirrini bölüşmәk
istәyirdi. Amma әtrafdakı hay-küydәn qızın pıçıltısı qәti eşidilmirdi.
   567   568   569   570   571   572   573   574   575   576   577