Page 570 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 570
Ïàòðèê Ìîäèàíî
çiyinlәrini çәkdi. Onun peşәsi yox idi. Əslindә, elә mәn dә özümü
buyruqçu adlandıra bilәrdim: axı bütün günü bir kitab dükanın-
dan o birinә ayaq döyür, burdan ora, ordan bura kitab daşıyırdım.
Soyuq idi. Mәn sәkidәki, sahil küçәsindәki әrimiş lıqqa qarı,
qışın boz-bulanıq rәngini xatırlayıram. Jaklin isә hәmişә mövsümә
uyğun olmayan öz yüngül dәri gödәkcәsindә gәzirdi.
Van Bever Jaklini Parisdә qoyub Forj-lez-O-ya ilk dәfә tәk
yollananda, bax belә bir qış günü idi. Biz birlikdә Senanı keçib
Van Beveri metronun “Mari körpüsü” stansiyasına qәdәr ötürdük;
onun qatarı Sen-Lazar vağzalından yola düşürdü. Van Bever dedi
ki, bәlkә Dyep kazinosuna da baş çәkdi: bu dәfә o, hәmişәkindәn
daha çox udmaq istәyirdi. Bir azdan onun sәtin paltosu metronun
içindә yoxa çıxdı vә biz Jaklinlә tәk qaldıq.
Mәn bu qızı hәmişә Van Beverlә qoşa görmüşdüm vә bircә
dәfә dә imkan düşmәmişdi ki, onunla düz-әmәlli danışa bilim.
Üstәlik dә, tez-tez olurdu ki, bütün axşam әrzindә Jaklin kәlmә
dә kәsmәsin. Yalnız hәrdәnbir quruca xahişlә Van Beveri siqaret
dalınca göndәrir, sanki onu başından elәyirdi. Elә mәni dә. Lakin
tәdricәn mәn onun qaradinmәzliyinә vә köntöylüyünә alışdım.
Hәmin gün, Van Bever metroya düşәndә mәn fikirlәşdim ki,
deyәsәn, Jaklin ona qoşulmadığının, hәmişәki kimi Van Beverlә
birgә getmәdiyinin peşmançılığını çәkir. Biz tәzәdәn sol sahilә
keçib geri qayıtmadıq, Ratuşa sahil küçәsiylә qabağa addımladıq.
Jaklin susurdu. Onun indicә mәnimlә sağollaşmağına artıq tam
hazır idim. Amma yanılmışdım: Jaklin yanaşı addımlamağa
davam edirdi.
Senanın da, sahil küçәsinin dә üzәrindә duman sürünürdü; öz
nazik dәri gödәkcәsindә Jaklin yәqin ki, әmәlli-başlı üşüyürdü.
Biz Arxiyepiskop bağı boyunca Site adasının qırağına tәrәf
gedirdik. Birdәn onu şiddәtli öskürәk tutdu; az qala nәfәsi kәsilib
boğulacaqdı. Sonra birtәhәr özünә gәlib yenidәn nәfәsini dәrdi.