Page 567 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 567
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 567

yerli-dibli unutmuşdum. Bir müddәt onların mәnzilindә yaşasam
da, sonradan tәhsilimi yarımçıq atdım vә әntiq kitabların satışıyla
dolanası oldum.

Jaklin vә Van Beverlә tanışlıqdan az sonra mәn onlara lap
yaxın yerdә, “Lima” mehmanxanasında yerlәşdim. Yetkinlik
yaşına çatmış kimi sayılmağım üçün pasportumda doğulduğum
tarixi dәyişdirib, özümü bir yaş qocaltmalı oldum.

Bu mehmanxanaya yerlәşmәzdәn bir hәftә qabaq yatmağa
yerim yox idi, ona görә dә onlar öz nömrәlәrinin açarını mәnә
verib, özlәri әyalәtә yollanmışdılar – tez-tez baş çәkdiklәri kazi-
nolardan birinә.

Bizim tanışlığımızacan onlar bu işә Paris әtrafındakı Angen
şәhәrciyindәn başlamışdılar – lap dәqiqi, Angenin vә Normandiyanın
iki-üç balaca kurortunun kazinosundan. Sonra da başqa yerlәrә
dadanıb, axırda Dyep, Forj-lez-O vә Banöl-de-l.Orn şәhәrlәrini
hәdәf seçmişdilәr. Şәnbә günü gedirdilәr, bazar ertәsi udduqları
pulla geri dönürdülәr; amma pul heç vaxt min frankdan çox
olmurdu. Van Bever xüsusi kombinasiya tapmışdı: özünün dediyi
kimi, “rәngsiz beşliyә” ikiqat pul atırdı. Ancaq bu üsul yalnız o
şәraitdә özünü doğruldurdu ki, ruletkaya qoyulan mәblәğ hәddi
keçmәsin.

Mәn heç vaxt onlara qoşulub hәmin yerlәrә getmәmişdim.
Mәhәllәdәn kәnara çıxmadan onları bazar ertәsinәcәn gözlәdim.
Bir müddәt sonra Van Bever, öz diliylә desәk, “Forj”a daha tez-
tez getmәyә başlamışdı, – Forj-lez-O, hәr halda, Banöl-de-
l.Orndan daha yaxın idi, – Jaklin isә Parisdә qalırdı.

Onların nömrәsindә tәk gecәlәyәndә burnuma hәmişә efirin
qoxusu gәlirdi. Göy flakon әlüzyuyanın üstündәki rәfdә idi,
dolabdan isә paltar asılmışdı: kişi pencәyi, şalvar, büstqalter,
Jaklinin geydiyi boğazlı boz sviterlәrdәn biri...
   562   563   564   565   566   567   568   569   570   571   572