Page 563 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 563
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 563

Peter Handkeyÿ ithaf olunur

ßn dÿrin qatûndan… unudulmanûn!
Stefan George

Qız ortaboylu idi, o isә – Jerar Van Bever – qızdan azacıq

gödәk. Otuz il öncә, ilk dәfә görüşdüyümüz hәmin o qış günü
mәn onları yaşadıqları Turnel sahil küçәsindәki mehmanxanaya
ötürmüşdüm, gözlәnilmәdәn nömrәlәrindә dә peyda olmuşdum.
Otaqda iki çarpayı vardı: biri qapının böyründә, o biri – pәncәrәnin
altında. Pәncәrә sahil küçәsinә baxmırdı; mәnә elә göründü ki, o,
mansardada olduğu kimi, bir qәdәr mailidir.

İçәridә heç bir sahmansızlıq görmәdim. Yataqlar döşәliydi.
Nә bir çamadan, nә bir paltar – dolabçalardan birinin üstündәki
iri zәngli saatdan başqa gözәdәyәn heç bir şey yox idi. Zәngli
saat öz yerindә, amma belә düşünmәk olardı ki, onlar burda gizli
yaşayır, hәm dә çalışırlar ki, yaşayışlarının hәr hansı nişanәsi
nәzәrә çarpmasın. Yeri gәlmişkәn, hәmin axşam biz nömrәdә lap
az qaldıq: incәsәnәt albomlarını otağa qoyan kimi çıxdıq – mәn
bu albomları Sen-Mişel meydanında kitab ticarәtçisinә sata
bilmәmişdim, özümlә daşımaqdan da әmәllicә yorulmuşdum.

Elә onların mәnimlә danışmağı da mәhz Sen-Mişel meydanında
olmuşdu. Axşamüstü, iynә atsan yerә düşmәyәn qәlәbәliyin,
insan burulğanının içindә: camaatın bir yarısı metroya axışırdı, o
biri yarısı isә әks tәrәfә, bulvara. Soruşmuşdular mәndәn ki, bu
yaxınlıqda harda poçt var. Düşünmüşdüm ki, mәnim izahım
   558   559   560   561   562   563   564   565   566   567   568