Page 565 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 565
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 565

Az sonra, Van Bever mәnim albomlarımı gәtirmәk üçün nömrәyә
qalxanda mehmanxananın qarşısında ikimiz qaldıq. Sükutu mәn
pozdum: soruşdum ki, çoxdanmı burda yaşayırlar? Bir dә soruşdum
ki, hardandılar – әyalәtdәn, yoxsa xaricdәn? Yox, heç demә onlar
Paris yaxınlığındakı qәsәbәdәn gәliblәrmiş. Burda isә artıq iki
aydır yaşayırdılar. Vәssalam, hәmin axşam onun mәnә dediklәri
bundan ibarәt oldu. Hә, bir dә adını söylәdi: Jaklin.

Van Bever aşağı düşüb kitabları mәnә qaytardı. Maraqlandı
ki, bunları satmağa mәn sabah da cәhd göstәrәcәmmi vә
ümumiyyәtlә, kitab alveri sәrfәlidirmi. Dedilәr ki, biz yenә görüşә
bilәrik. Qabaqcadan dәqiq vaxt söylәmәk çәtindir, ancaq tez-tez
Dante küçәsinin tinindәki kafeyә gedirlәr.

Hәrdәn mәn yuxularımda ora qayıdıram – Dante küçәsinә.
Lap bu yaxınlardaca qürub edәn fevral günәşinin parıltısı gecә
vaxtı Dante küçәsindә mәnim gözümü qamaşdırıb az qala kor
elәdi. O vaxtdan bәri küçә bir tikә dә dәyişmәmişdi. Yuxuda mәn
kafenin terrası qarşısında dayanıb piştaxtaya, elektrik bilyarda,
rәqs meydançasının kәnarları boyunca düzülmüş balaca masalara
baxırdım. Sonra gәzә-gәzә küçәnin ortasınacan gedib çıxdım.
Sen-Jermen bulvarının qarşısındakı hündür binadan küçәyә kölgә
düşürdü, arxa tәrәfimdә isә günәş tüğyan elәyirdi.

Yuxudan ayılanda hәyatımın Jaklinlә tanışlıq dövrünün hәmin
mәqamı işıq-kölgә kontrastının eyni nisbәtindәcә gözlәrim önündә
canlandı: tutqun qış küçәlәri vә eyni vaxtda pәncәrә taxtalarının
dәlmә-deşiyindәn içәri süzülәn gün işığı.

Jerar Van Bever әyninә böyük olan sәtin palto geyinirdi. Lap
indiki kimi gözümün qabağındadır: o, Dante küçәsindәki kafedә,
elektrik bilyardın qarşısında dayanıb. Amma oynayan o deyil,
Jaklindir. Qızın әllәri vә sinәsi yüngülcә titrәyir, lampaları yanıb-
sönәn bilyard da şaqqıldayır. Van Beverin paltosu çox enliydi,
dizindәn aşağı düşürdü. O, әllәrini cibinә qoymuşdu, yaxalığını
   560   561   562   563   564   565   566   567   568   569   570