Page 564 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 564
Ïàòðèê Ìîäèàíî
dolaşıqlıq yaradıb onları çaşdıra bilәr: bir nöqtәdәn digәr nöqtәyә
getmәyin kәsә yolunu mәn heç vaxt düzgün cıza bilmәmişәm.
Bu sәbәbdәn qәrara gәldim ki, onları metronun “Odeon” stansiyası
yaxınlığındakı poçta qәdәr ötürüm. Yolda qız tütün köşkünә girib
bir neçә marka aldı, sonra onları zәrfin üstünә yapışdırdı. Bu
vaxt mәn imkan tapıb ünvana baxdım: Mayorka.
O, konverti qutulardan birinә saldı, heç fәrqinә dә varmadı ki,
üzәrindә “Xarici ölkәyә. Aviapoçta” yazılmış hәmin qutudur, ya
yox. Sonra biz tәzәdәn geriyә qayıtdıq – Sen-Mişel meydanına,
sahil küçәsinә. Qız canıyananlıq göstәrib, mәnim kitablarımla
maraqlandı: “Yәqin ağırdılar, elәmi?” Ardınca da Van Beverә
söz atmaqdan qalmadı:
– Kömәk edәydin barı.
Van Bever gülümsәyib, albomlardan әn yekәsini qoltuğuna
vurdu.
Onların Turnel sahil küçәsindәki nömrәsindә mәn albomları
yerә qoydum – üstündә zәngli saat olan dolabçanın böyrünә.
Çıqqıltı eşidilmirdi. Əqrәblәr saat üçü göstәrirdi. Balışüzünün
lәkәsi gözә dәyirdi. Albomları yerә qoymaq üçün aşağı әyilәndә
mәn balışlardan vә yataqdan gәlәn efir qoxusunu duydum. Qızın
әli mәnә toxundu; o, dolabçanın üzәrindәki lampanı yandırdı.
Biz sahil küçәsindә, mehmanxananın yaxınlığındakı kafedә şam
elәdik. Qәlyanaltısız ötüşdük, yalnız isti yemәk sifariş etdik. Hesabı
Van Bever ödәdi. Hәmin axşam mәn pulsuz idim. Arada Van Bever
qorxdu ki, beş frankı çatmasın. Paltosunun, pencәyinin ciblәrini
eşәlәyib, axırda lazım olan xırda pulu tapdı. Qız kirimişcә durub
gözlәyir, onu dalğıncasına süzә-süzә siqaretini çәkirdi. Öz xörәyini
o bizә verdi, özü isә Van Beverin nimçәsindәn yemәyә başladı.
Azca-azca yeyirdi. Sonra mәnә sarı çönüb xırıltılı sәslә dedi:
– Gәlәn dәfә әsl restorana gedәrik…