Page 568 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 568
Ïàòðèê Ìîäèàíî
Belә gecәlәrdә mәn pis yatırdım. Yuxudan tez-tez oyanır vә
harda olduğumu dәrhal anlamırdım. Otağa alışmaq üçün mәnә
xeyli vaxt lazım gәldi. Əgәr mәndәn Van Bever vә Jaklin barәdә
nәsә soruşsaydılar, cavab vermәyim çox çәtin olacaqdı, üstәlik
dә onların otağında yaşamağıma necә bәraәt qazandıracağımı
bilmirdim. Qayıdacaqdımı onlar? Axırda mәn buna şübhә etmәyә
başladım. Əslinә qalsa, hotelin hollunda, tünd rәngli ağacdan
düzәldilәn kontorkanın arxasında oturmuş portyeni mәnim birbaşa
nömrәyә qalxmağım, açarı tәhvil vermәmәyim çox az narahat
edirdi. Görәndә yalnız başını yellәyirdi mәnә, vәssalam.
Axırıncı gecә saat beşdә oyandım vә nә illah elәsәm dә,
tәzәdәn yuxulaya bilmәdim. Jaklinin döşәyindә yatdığıma şübhә
elәmirdim. Saat elә bәrkdәn çıqqıldayırdı ki, az qalırdım götürüb
onu dolaba, ya balışın altına soxum. Amma orası da var ki,
sakitlik mәni üşәndirirdi. Başqa әlacım yoxdu – ayağa qalxıb
hoteldәn çıxdım. Sahil küçәsiylә gәzә-gәzә Nәbatat bağının
qapılarınacan gedib çatdım, sonra Austerlit vağzalının qarşısındakı
yeganә açıq olan kafeyә girdim.
Ötәn hәftә onlar oynamaq üçün Dyepdәki kazinoya gedib, bir
dә sәhәr üzü geri qayıtmışdılar. Bu dәfә dә eyni şey olacaqdı.
Bir-iki saat gözlәmәk qalırdı… Şәhәr әtrafından gәlәn sәrnişinlәr
Austerlit vağzalından bayıra getdikcә daha çox çıxmaqdaydılar.
Onlar piştaxtanın böyründә qәhvәlәrini tәlәsik içib metroya
düşürdülәr. Hava hәlә qaranlıq idi.
Mәn yenә Nәbatat bağının hasarı boyunca, sonra keçmiş
Çaxır bazarının mәhәccәri uzununa getdim.
Onları uzaqdanca tanıdım: Van Beverin sәtin paltosu toranlıqda
açıq lәkә kimi görünürdü. Onlar sahil küçәsinin qarşı tәrәfindә,
bukinistlәrin üst-üstә qalaqlanmış ağzıbağlı qutuları ilә üzbәüz
skamyada әylәşmişdilәr. Dyepdәn tәzәcә qayıtmışdılar. Yuxarı