Page 573 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 573
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 573

Ona tәrәf bir az da әyilәsi oldum. Sifәtlәrimiz az qala yenidәn
bir-birinә toxundu.

– Jerarla biz… bir amerikanla tanış olmuşuq. Roman yazır…
Mayorkada yaşayır… Orda bizimçün ev tapacaq… Biz onunla
sahil küçәsindә tanış olduq, ingilis kitab dükanında…

O deyәn dükana mәn tez-tez baş çәkirdim. İçәrisindә kitab
әlindәn tәrpәnmәyә yer olmayan xırda-xırda otaqlar әsl labirint
idi; burda gözdәn yayınıb xәlvәtә çәkilmәk, itib-batmaq da olardı.
Dükana әn uzaq yerlәrdәn dә gәlәnlәr olurdu – alıcılar bura lap
limana gәlәn kimi gәlirdilәr. Özü dә gecәyә kimi işlәyirdi. Mәn
satmaq üçün o dükandan “Tauşnits” nәşriyyatının kitabxanası
seriyasından buraxılan bir neçә roman almışdım. Rәflәri birbaşa
küçәyә düzmüşdülәr; oturmaqçün stulları, kәtillәri vardı, hәtta
divan da qoyulmuşdu. Lap elә bil kitab dükanı yox, hansısa
kafenin terrasıydı. Dükandan Paris Notr-Dam Kilsәsinә birbaşa
mәnzәrә açılırdı. Kandarı keçәndә isә – sanki Amsterdama,
yaxud San-Fransiskoya düşürdün.

Demәli, onun Odeona göndәrdiyi mәktub hәmin o “roman
yazan amerikalı” üçün nәzәrdә tutulmuşdu. Necәdir onun adı?
Bәlkә yazdıqlarından nәsә oxumuşam…

– Uilyam Mak-Qivern…
Yox, mәn heç bir Uilyam Mak-Qivern tanımırdım. Jaklin
tәzәdәn siqaret yandırdı. Öskürә-öskürә. Rәngi hәlә dә ağappaq
idi…
– Yәqin, qrip tutmuşam…
– Bir az da qroq içәydiniz.
– Yox, sağ ol.
O, birdәn-birә qayğılı görkәm aldı.
– Güman edirәm ki, Jerarın bәxti gәtirәr…
– Mәn dә ümidimi üzmürәm…
– Jerarı yanımda görmәyәndә nәsә hәmişә narahat oluram…
   568   569   570   571   572   573   574   575   576   577   578