Page 576 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 576
Ïàòðèê Ìîäèàíî
Açdı. Xırda hörüklәr sayağı toxunmuş boğazlı sviterdә, balağı
dar şalvarda idi. Özü dә ayaqyalın. Mәhәccәrin altındakı çarpayının
üstü sәliqә ilә yığışdırılmışdı. Pәrdәlәr örtülüydü. Otağın bir
hissәsi qaranlıq idi – abajuru çıxarılsa da, içәrini tam işıqlandırmağa
xırda lampanın gücü çatmırdı. Bir dә efirin hәminki qoxusu; özü
dә hәmişәkindәn daha tünd, daha kәskin.
Jaklin çarpayının qırağında oturdu, mәn isә – әlüzyuyanın
böyründәki yeganә stulda.
Soruşdum özünü yaxşı hiss edirmi.
– Bir az…
O, mәnim nәzәrlәrimi dolabçanın üstündәki ağzıaçıq flakona
baxdığım yerdә tutdu.
– Qәbul edirәm ki, öskürmәyim…
Vә sanki özünә bәraәt qazandırırmış kimi tәkrar elәdi:
– Yox, doğru sözümdür… öskürәyә bunun çox xeyri var.
Başa düşәndә ki, dediyinә inanmağa hazıram, sözünә davam
elәdi:
– Bәs siz heç vaxt sınaqdan keçirmәmisiz?
– Yox, heç vaxt.
Pambığı efirlә isladıb mәnә uzatdı. Əlimi irәli uzatmağım
dәrhal olmadı; bir neçә saniyәliyә tәrәddüd elәdim. Amma әgәr
bu bizim aramızda yaxınlığa kömәk edәcәkdisә… Əvvәl pambığı,
sonra flakonu götürüb iylәdim. O da. Ciyәrlәrimә sәrinlik çökdü.
Yanaşı uzandıq. Bir-birimizә sıxılıb boşluğa yuvarlandıq. Sәrinlik
anbaan güclәnir, zәngli saatın çıqqıltısı da sәssizlikdә getdikcә
daha bәrk çıxırdı: mәn hәtta çıqqıltının әks-sәdasını da eşidirdim.
Hoteldәn sәhәr üzü saat altıda çıxdıq. Küjas küçәsindәki
bütün gecә açıq olan kafeyә gәlib çatdıq. Ötәn hәftә öz aramızda
belә danışmışdıq ki, onlar Forj-lez-O-dan qayıdandan sonra orda
görüşәk. Saat yeddiyә yaxın gәlib çıxmışdılar vә birlikdә sәhәr
yemәyinә oturmuşduq. Amma onlara baxanda demәzdin ki, bütün