Page 580 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 580
Ïàòðèê Ìîäèàíî

bir qız vә onunla üzbәüz әylәşmiş sәtin paltolu bir kişi. Onlar
Latın mәhәllәsindәki adi bir kafedә üzbәüz oturub, bir-birinin
әlindәn yapışmışdılar vә bir azdan durub mehmanxanaya gedә-
cәkdilәr. İkilikdә. Sonra da qeyri-adiliyi ilә seçilmәyәn daha bir
qış günü başlanacaqdı – tamamilә adi bir qış günü. Vә tәzәdәn…
sübh çağının toranlığında Sen-Jermen bulvarı boyunca institut,
yaxud universitet mәşğәlәlәrinә tәlәsәn adamların arasında
veyillәnmәk lazım gәlәcәk. Hamısı mәnim yaşımda olan, intәhası
hamısı da mәnә yad gәlәn, әcnәbi kimi görünәn adamların
arasında. Mәn onların dilini güclә anlayırdım. Yadımdadır, bir
dәfә Van Beverә demişdim ki, bәs mәhәllәni dәyişmәk istәyirәm,
çünki bütün bu tәlәbә yığnağının içindә özümü çox narahat hiss
edirәm. Van Bever belә cavab vermişdi:

– Bu, yanlış qәrar olardı. Onların arasında sizi heç kәs görüb
tanımaz.

Jaklin üzünü yana çevirmişdi, sanki bu mövzu onu qәtiyyәn
maraqlandırmırdı vә qorxurdu ki, birdәn Van Baver mәnimlә
açıq danışmağa başlayar.

– Niyә axı? – mәn soruşmuşdum. – Siz bәyәm tanınmaqdan
belә qorxursunuz?

– Hә, noldu? Mehmanxanaya gedirik?
Jaklinin sәsiydi. Yenә bayaqkı nәvazişli sәs. Van Beverin
әlini sığallayırdı. Yadıma düşdü ki, gündüz Dante kafesindә
mәnә belә demişdi: “Jerarsız qala bilmirәm”.
Hә, bir azdan ikilikdә hotelә qayıdacaqdılar. Nömrәdә efiri
iylәyәcәkdilәr, necә ki, gecә biz Jaklinlә iylәmişdik. Amma yox.
Axı biz hoteldәn çıxanda Jaklin efirin qabını – göy flakonu
gödәkcәsinin cibindәn çıxardıb sahil küçәsinin kәnarındakı qanova
vızıldatmışdı.
– Jerara söz vermişәm ki, bu zәhrimarı bir dә iylәmәyәcәm.
   575   576   577   578   579   580   581   582   583   584   585