Page 579 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 579
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 579

zәngli saatın çıqqıltısından daha bәrk çıxan onun iniltilәrinin
әks-sәdası – bütün bunlar yuxu deyildi ki?

Bayaq o mәnә “sәn” deyirdi, indi isә “siz” deyir. Hә, Jerar
Van Bever burdadır. Onun yenidәn Dyepә, ya da Forj-lez-O-ya
getmәyini gözlәmәk lazım gәlәcәk. Amma hәlә mәlum deyil ki,
Jaklin mәnimlә Parisdә qalacaq, ya yox.

– Yaxşı, bәs siz neylәyirdiniz?
Bir anlığa mәnә elә gәldi ki, deyәsәn, şübhәlәnir. Amma Van
Bever bu sualı fikri dağınıq halda, sanki qeyri-ixtiyari vermişdi.
– Ciddi bir şey yoxdur, – Jaklin cavab verdi. – Kinoya getdik.
Vә düz gözümün içinә baxmaqla, sanki mәni öz yalanına
şәrik qoşdu. Onun әli hәlә dә Jerarın әlinin üstündә idi.
– Nә kinosuydu baxdığınız?
“Munflit qaçaqmalçıları”, – mәn ona cavab verdim.
– Yaxşıydı?
Vә әlini Jaklinin әlinin altından dartıb çıxartdı.
– Çox yaxşıydı.
Van Bever bizә çox diqqәtlә baxdı: әvvәl mәnә, sonra ona.
Jaklin bu baxışlara axıracan dözә bildi.
– İstәrdim baxdığınız kinonu mәnә danışasınız… amma indi
yox, gәlәn dәfә… hәlә vaxtımız olacaq…
Van Beverin sәs tonunda artıq kinayә hiss olunurdu vә mәn
Jaklinin sifәtindә yüngül bir tәlaş sezdim. Qaşları çatılmışdı.
– Mehmanxanaya getmәk istәmirsәn? – әn axırda o, Van
Beverdәn pıçıltıyla soruşub, tәzәdәn onun әlindәn yapışdı; mәnim
burda olmağımı indi tamam unutmuşdu.
– Hәlә yox… Bir fincan da qәhvә içәrdim…
– Sonra da mehmanxanaya, – Jaklin nәvazişlә tәkrar elәdi.
Birdәn mәnә çatdı ki, bәs indi sübhün erkәn çağıdır. Qәfildәn
ayıldım. Keçirdiyim gecәnin bütün gözәlliyi bir andaca әriyib
itdi. Vur-tut qәhvәyi rәngli dәri gödәkcәdә solğun bәnizli qarasaç
   574   575   576   577   578   579   580   581   582   583   584