Page 581 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 581
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 581

Hәr şeydәn göründüyü kimi, mәn ona belә bir vicdan әzabı
çәkdirmirdim. Düzdür, peşmançılıq vardı, amma hәm dә şәrikliyin,
hәmrәyliyin qarışıq hissini yaşayırdım: axı hәmin “zәhrimarı” o
mәhz mәnimlә bölüşmәk istәmişdi.

Onları sahil küçәsinәcәn ötürdüm. Hotelә daxil olanda Van
Bever mәnә әl uzatdı.

– Tezliklә görüşәnәdәk.
Jaklin mәnimlә göz-gözә gәlmәkdәn qorxurdu.
– Bir azdan Dante kafesindә görüşәrik, – Jaklin dedi.
Onların pillәkәnlә necә qalxmalarına baxdım: Jaklin onun
әlindәn yapışmışdı, mәnsә hollda dayanmışdım, durduğum yerdәcә
quruyub qalmışdım. Sonra nömrә qapısının necә örtüldüyünü
eşitdim.
Mәn dumana bürünmüş çılpaq çinarların sıralandığı sahil
küçәsi boyunca üzüaşağı gedirdim. Havanın nәmişliyi adamın lap
iliyinә işlәyirdi. Xoşbәxtlikdәn, ayağımda isti çәkmәlәr vardı, di
gәl ki, qızdırılmamış o nömrә, tünd-qәhvәyi ağacdan düzәldilmiş
o çarpayı mәni uzaqdan-uzağa üşәndirirdi. Düşünürdüm ki, Van
Bever Dyepdә üç min frank udub, bәs mәn o qәdәr pulu necә әldә
edim? Satmaq üçün mәndә qalan o bir neçә kitabı beynimdә vu-
rub-çıxmağa, qiymәtlәndirmәyә çalışdım. Yox, çox deyildi. Hәm
dә mәnә elә gәlirdi ki, ümumiyyәtlә, bunun heç bir әhәmiyyәti
yoxdur – lap kalan pul tapsam belә, Jaklinin vecinә olmayacaqdı.
O mәnә “Bir azdan Dante kafesindә görüşәrik” dedi, amma
mәhz haçan – vaxtını dәqiqlәşdirmәdi. Onları ilk dәfә gözlәdiyim
kimi, indi yenә günün bütün ikinci yarısı gözlәmәklә keçәcәk.
Elә növbәti günüm dә. Vә gözlәnti nә qәdәr uzun çәksә, fikir dә
mәni bir o qәdәr çox üzәcәk ki, bәs keçәn gecә aramızda baş
verәnin ucbatından Jaklin daha mәni heç vaxt görmәk istәmir.
İndi mәn onunçün namünasib şahidә çevrilmişdim.
   576   577   578   579   580   581   582   583   584   585   586