Page 588 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 588
Ïàòðèê Ìîäèàíî

Vә arxaya, Van Beverlә mәnә sarı çöndü. Bizә yenә istehzalı
tәbәssümlә baxırdı. Mәndә belә bir tәәssürat yaranmışdı ki,
deyәsәn, o bizim hәr ikimizi hesabdan silib.

– Bir sözlә, xalis bohem hәyatı…
Ola bilsin, şux, zarafatcıl, nәsә hәmrәy bir ton tapmağa
çalışırdı. Ancaq bu vәziyyәtdә cәhdi namünasib alındı, yaşlı
adamların cavanları çaşqın salan hәrәkәti kimi çıxdı.
– Yaxşı, siz hoteldә nә qәdәr yaşamaq fikrindәsiniz?
Bu dәfә o, Jaklinә müraciәt etdi; Jaklin siqaret çәkir, külünü
yarıaçıq pәncәrәdәn çırpırdı.
– Nә qәdәr Parisdәyiksә o qәdәr, – qız cavab verdi. – Hamısı
asılıdır bizim Mayorkada yaşayan amerikan dostumuzdan…
Kafenin qarşısında, sahil küçәsindәki ingilis dükanında mәn
Mak-Qivernin kitabını boş-boşuna axtarmışdım: belә bir adamın
mövcudluğuna yeganә şәhadәt mәnim birinci gün Jaklinin әlindә
gördüyüm üstünә Mayorkanın ünvanı yazılmış göy zәrf idi. Amma
әmin deyilәm ki, adresatın soyadı mәhz “Mak-Qivern” idi.
– Siz hәqiqәtәn ona güvәnә bilәrsiniz? – Karto soruşdu.
Mәnә elә göründü ki, böyrümdә әylәşmiş Van Bever karıxan
kimi oldu. Jaklinsә cavabı bir qәdәr susandan sonra verdi.
– Əlbәttә… O bizә Mayorkaya gәlmәyi tәklif edib.
Jaklin bunu çox aydın şәkildә dedi; qabaqlar onun bu qәdәr
aydın danışdığını eşitmәmişdim. Mәnә elә göründü ki, bununla
o, Kartoda “amerikan dost” tәәssüratı yaratmaq istәyir; eyham
vurur ki, bәs bizimlә – özüylә vә Van Beverlә – maraqlanan
tәkcә sәn deyilsәn.
Karto maşını düz qaldığım hotelin önündә әylәdi. Demәli,
xudahafizlәşmәk lazım gәlәcәk. Qorxurdum ki, onları bir dә heç
vaxt görmәyim. O axşam Dante kafesindә oturub, yollarını hansı
ümidsizliklә gözlәyirdimsә, eynәn o cür. Əlbәttә, Karto onları
hotelә heç dә bu dәqiqә aparmayacaq; onlar gecәnin qalan
hissәsini bir yerdә, çox güman ki, sağ sahildә keçirәcәklәr. Ola
   583   584   585   586   587   588   589   590   591   592   593