Page 593 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 593
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 593

şüşә şәbәkәsi parıldayan liftә daxil olmadım, pillәkәnlә ağır-ağır
yuxarı qalxdım. Qapını üzümә açacaq adama nә deyәcәyimi
fikirlәşdim: “Mәn doktor Kartonun qәbuluna yazılmışam”. Əgәr
mәni dәrhal onun yanına aparsalar, onda üzümә şәn bir ifadә
verib, dostunu qәfildәn yoluxmağa gәlmiş adamın şux görkәmini
alaram. Amma orası da var ki, bu dost mәni vur-tut bircә dәfә
gördüyündәn heç tanımaya da bilәrdi.

Qapının üstündәki qızılı lövhә göz oxşayırdı:

STOMATOLOQ

Zәngin düymәsini basdım. Bir dәfә, iki dәfә, üç dәfә. Cavab
verәn olmadı.

Binadan çıxdım. Jakmar-Andre muzeyinin arxa tәrәfindә
aynabәndli terrası olan kafe vardı. Masanı elә yerdә seçdim ki,
160 nömrәli binanın giriş qapısına göz qoya bilim. Oturub
Kartonun gәlişini gözlәyirdim. Mәn heç ona da әmin deyildim
ki, Jaklin vә Van Bever üçün o nәsә ciddi bir әhәmiyyәt kәsb
etsin. Tәsadüfi tanışlardan biri. Ola bilәr ki, heç onlar bir daha
Kartonu görmәsinlәr.

Artıq bir neçә stәkan qrenadina içmişdim. Axşamüstü saat
beş idi. Belә baxanda, mәn heç dәqiq bilmirdim ki, bu kafenin
terrasında oturub onu niyә, hansı sәbәbdәn gözlәyirәm. Bir neçә
aydı sağ sahilә ayaq basmamışdım vә indi Turnel sahil küçәsiylә
Latın mәhәllәsi mәnә min kilometr aralıda görsәnirdi.

Axşam düşürdü. Mәn özümә masa seçәndә kafe boş idi, indi bir
az dolmuşdu: müştәrilәr yәqin qonşu ofislәrdәn çıxanlar idi. Elektrik
bilyardın şaqqıltısı eşidilirdi. Dante kafesindә olduğu kimi.

Jakmar-Andre muzeyinin qarşısında qara rәngli bir avtomobil
dayandı. Fikrim ayrı yerdәydi, maşına elә-belә baxırdım, amma
   588   589   590   591   592   593   594   595   596   597   598