Page 598 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 598
Ïàòðèê Ìîäèàíî

– Sizin yanımızda olmağınız vәziyyәti yüngüllәşdirәr, – Jaklin
dedi. – Sizә çәtin olmaz ki?

– Yox, әlbәttә. Mәmnuniyyәtlә kömәk edәrәm.
Mәn onunçün lap nә istәsәn edәrdim.

***

Şәnbә günü Van Bever tәzәdәn Forj-lez-O-ya getdi. Onların
xahiş etdiyi kimi, saat beşә qalmış mәn mehmanxananın qarşısında
gözlәyirdim. Birinci Van Bever çıxdı. Tәklif etdi ki, Turnel sahil
küçәsindә bir az gәzişәk.

– Sizә çox güvәnirәm: Jaklindәn muğayat olun.
Bu sözlәr mәni heyrәtә saldı. O, bir qәdәr dolaşıq da olsa,
belә izah elәdi ki, bәs bu әrәfәdә Karto onlara zәng vurub,
bildirib ki, Van Beveri maşınla Forj-lez-O-ya apara bilmәyәcәk:
guya işi başından aşır. Amma onun şirin dilinә, yalançı
sәmimiyyәtinә bel bağlamaq olmaz. Karto, sadәcә, Van Beverin
yoxluğundan istifadә etmәk istәyir ki, Jaklinlә görüşsün.
Bәs elәdә Van Bever niyә Jaklini özüylә Forj-lez-O-ya
aparmasın?
Belә cavab verdi ki, onda Karto ora gәlәr; necә fırlatsan da,
yenә eyni şey alınır.
Jaklin hoteldәn çıxıb, küçәdә bizә qoşuldu.
– Mәn әminәm ki, siz Kartodan danışırdınız, – o dedi.
Vә diqqәtlә hәr ikimizi süzdü.
– Mәn xahiş etdim ki, o sәninlә qalsın, – Van Bever dedi.
– Çox böyük iltifatdır.
Biz onu metronun “Marin körpüsü” stansiyasınacan ötürdük.
Ötәn dәfәki kimi. Yol uzunu ikisi dә susurdu. Mәnsә daha sual
vermәk istәmirdim. Öz düşüncәlәrimә dalmışdım. Əsas o idi ki,
Jaklinlә tәk qalırdım. Mәn hәtta Van Beverdәn bunun razılığını
da almışdım: o, mәnә qәyyum rolunu hәvalә etmişdi. Bundan
artıq nә arzulamaq olardı?
   593   594   595   596   597   598   599   600   601   602   603