Page 599 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 599
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 599
– Çalışacam ki, sabah sәhәr qayıdım, – metroya düşәrkәn o
dillәndi.
Pillәlәri enәrkәn Van Bever öz sәtin paltosunda qamәtini şax
tutaraq bir neçә dәqiqәliyә hәrәkәtsiz dayandı. O, dinmәzcә
durub Jaklinә baxır, qızdan göz çәkmirdi.
– Əgәr yanıma gәlmәk istәsәn, Forj kazinosunun telefonu
sәndә var…
Birdәn onun üzündә yorğun bir ifadә sezildi.
O, giriş qapısını itәlәyib keçdi; qapı onun arxasınca çırpıldı.
Biz Sen-Lui adasından adlayıb, sol sahilә çıxdıq. Jaklin
qoluma girmişdi.
– Hansı mәqamda biz Kartoya ilişәcәyik?
Mәnә elә gәldi ki, sualım Jaklindә bir qәdәr qıcıq yaratdı; o
heç bir cavab vermәdi.
Fikirlәşdim ki, mehmanxananın yanında yәqin ayrılıb gedәcәk.
Amma belә olmadı, mәni öz otağına dartıb apardı.
Qaranlıq düşmüşdü. Jaklin çarpayının böyrünә keçib dolabçanın
üstündәki lampanı yandırdı.
Mәn әlüzyuyanın yanındakı stulda oturmuşdum, o isә çarpayının
böyründә, döşәmәdә oturub dizlәrini qucaqlamışdı.
– Mәn onun zәngini gözlәmәliyәm, – Jaklin dedi.
Kartonun zәngini. Bәs niyә onun zәngini gözlәmәlidi ki?
– Dünәn Osman bulvarında mәni güdürdünüz?
– Hә.
Siqaret alışdırdı. Öskürәk onu elә birinci qullabdanca tutdu.
Stuldan qalxıb gәlib onunla yanaşı döşәmәdә oturdum. İkimiz dә
kürәyimizi çarpayının qırağına söykәmişdik.
Siqareti әlindәn aldım. Tüstünün ona xeyri yox idi; istәyirdim
ki, öskürәyi kәsilsin.
– Mәn bu barәdә Jerarın yanında danışmaq istәmirdim…
Yoxsa Jerar sizdәn bәrk utanardı… Amma sizә demәliyәm ki,
onun hamısından xәbәri var…