Page 602 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 602
Ïàòðèê Ìîäèàíî
bir az dilxor idim, amma qalan şeylәrin heç biri zәrrәcә vecimә
deyildi. Çamadanlara adәtkәrdәydim.
Jaklin açarı verib mәni öpәndә artıq kandardaydım. Pillәkәni
göz qırpımında aşağı enib sahil küçәsiylә Turnel körpüsünә tәrәf
götürüldüm. Ümid edirdim ki, Karto ilә rastlaşmayacam. Metroda
hәlә pik saatıydı – yaman qәlәbәlik vardı. Özümü yaxşı hiss
edirdim: sәrnişinlәr mәni hәr tәrәfdәn sıxışdırdıqları üçün kiminsә
diqqәtini cәlb etmәyimlә bağlı heç bir risk yox idi.
Özlüyümdә qәti qәrar verdim: çamadanla geriyә yolu da
metroda qayıdacam.
Havr-Qomarten stansiyasında qatarı dәyişib, Miromenil
istiqamәtindәki qatara mindim. Vaxtım kalan idi. Jaklin mehmanxa-
naya saat ondan tez zәng vurmayacaqdı. İki-üç qatarı buraxdım.
Görәsәn, o bu işi niyә Van Beverә yox, mәnә hәvalә edib? Vә
mәnim çamadan dalınca gedәcәyimi doğrudanmı Van Bever
bilir? Axı Jaklinin işlәrindәn heç vaxt axıracan baş çıxartmaq
mümkün deyil.
Metronun çıxışında yüngülcә qorxu hissi keçirdim, amma bu,
tez ötüşdü. Yolda tәk-tük adam vardı. Evlәrin pәncәrәsi qaranlıq
idi: olan yalnız qulluqçuların tәzәlikcә tәrk etdiklәri ofislәr idi.
160 nömrәli evin qabağına çatanda başımı yuxarı qaldırdım:
tәkcә beşinci mәrtәbәnin pәncәrәsindә işıq yanırdı.
Pillәkәnin işığını yandırmadım. Lift ağır-ağır qalxdıqca sarı
işıqlı plafon barmaqlığın kölgәsini başım üzәrindәn pillәkәnin
divarına salırdı. Liftin qapısını bir az açıq saxladım, plafonun
işığında açarı kilidә saldım.
Otaqların ikilaylı geniş qapıları dәhlizә açılırdı, hamısı da
açıq idi. Bulvar fәnәrlәrindәn içәri ağ işıqlar düşürdü. Mәn sol
tәrәfә, tәn ortasını hәkim kreslosu tutmuş kabinetә keçdim. Dәri
başaltısı geriyә atılmış kreslo azacıq yuxarı qaldırılmış divana
bәnzәyirdi – oturanda ayağı irәli uzatmaq da olardı. Fәnәr işığında