Page 649 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 649
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 649

küçәylә piyada geriyә qayıtdım. Onda mәn Trokadero bağlarının
arxasında, sahilyanı küçәdәki mehmanxanada müvәqqәti yer
götürüb orda qalırdım. Hәlә qәti qәrar vermәmişdim ki, hәmişәlikmi
Parisdә qalacam, yoxsa “liman şairlәri vә romançıları” haqqında
yazmağa davam edәrәk Buenos-Ayresә yollanıb Hektor Pedro
Blomberqi axtaracam. Bu Argentina şairinin bir nеçә bәndi mәni
yaman bәrk tutmuşdu:

Öldürdülәr Şneyderi bu gecә
Paraqvaylı qadının kafesindә
Gömgöy idi onun gözlәri necә,
Bir solğunluq vardı amma üzündә.

Axşam düşmüşdü, amma günәşin parıltısı hәlә göy üzündәn
çәkilmәmişdi. Myuet meydanının önündәki parka gәlib skamyada
әylәşdim. Bu mәhәllә mәnә uşaqlığımı xatırladırdı. Sen-Jermen-
de-Predә mindiyim 63 nömrәli avtobus Myuetdә dayanırdı vә
Bulon meşәsindә günü yola verәndәn sonra avtobusu axşam saat
altıda gözlәmәk lazım gәlirdi. Daha yaxın vaxtların xatirәlәrini
ha yada salmaq istәsәm dә, cәhdlәrim boşa çıxırdı, amma onlar
әvvәlki hәyata aid xatirәlәr idi vә mәn o hәyatı yaşadığıma çox
da әmin deyildim.

Doğum şәhadәtnamәsini cibimdәn çıxartdım. Mәn min doqquz
yüz qırx beşinci ilin yayında doğulmuşdum vә bir dәfә nahardan
sonra, saat beşә yaxın atam doğum şәhadәtnamәsini imzalamaq
üçün meriyaya getmişdi. İndi mәnә verilmiş şәhadәtnamәnin su-
rәtindә mәn atamın imzasını çox yaxşı görürdüm: onun xәtti
ilan-qurbağa xәtti idi. Hәmin yay atam sәssizlikdә velosiped cin-
giltisi eşidilәn boş küçәlәrlә piyada evә qayıtmışdı. Hava eynәn
bugünkü kimiydi: indiki kimi günәşli bir axşam.

Şәhadәtnamәni tәzәdәn qaytarıb cibimә qoydum. Sanki dәrin
bir yuxudaydım vә bu yuxudan ayılmağım zәruri idi. Mәni indiki
hәyatla birlәşdirәn bağlar getdikcә daha çox düyün düşürdü.
   644   645   646   647   648   649   650   651   652   653   654