Page 661 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 661
Óíóäóëìàíûí ÿí äÿðèí ãàòûíäàí 661
– Siz artıq yuxarıda olmusunuz? – Tereza Kesli soruşdu.
– Yox, heç bir dәfә dә qalxmamışam. Bu – birinci dәfәdir.
– Yәqin, yuxarıdan әla mәnzәrә açılır.
Onun ifadәsi elә bivec, elә soyuq idi ki, heç onun mәnә
müraciәt etdiyini dә dәqiq bilmirdim.
Terras әcәb geniş imiş. Qonaqların әksәriyyәti bej rәngli
kәtan stullarda oturmuşdular.
Darius dәstәlәrdәn birinin önündә dayandı. Onlar dövrәlәmә
oturmuşdular. Mәn Keslinin vә arvadının arxasınca getdim; onlar,
deyәsәn, mәnim burda olduğumu yaddan çıxartmışdılar. Terrasın
kәnarında başqa bir cütlüklә rastlaşıb dördlükdә elә ayaq üstәcә
söhbәtә girişdilәr. Tereza da, әri dә mәhәccәrә söykәnib durmuşdu.
Hәrdәnbir Keslinin arvadı söhbәtә fransız kәlmәlәri qatırdı. Mәn
dә yaxınlaşıb sürahıya dirsәklәndim. Tereza düz mәnim arxamdaydı.
O biri üç nәfәr ingiliscә danışmaqda davam edirdilәr, amma
müğәnni qadının sәsi onların mehribancasına cükküldәşmәsini
eşidilmәz edirdi. Mәn mahnının nәqaratını fitlә çalmağa başlayanda
o, geriyә çöndü.
– Bağışlayın, – mәn dedim.
– Eyb etmәz.
O, yenә bayaqkı bivec tәbәssümlә gülümsәdi. Susurdu. Mәn
әlavә etmәli oldum:
– Çox gözәl gecәdir…
Kesli ilә digәr ikisi arasında söhbәt artıq qızışmışdı. Kesli
burnunda danışırdı, sәsi bir qәdәr tın-tın çıxırdı.
– Ən xoş olanı, Bulon meşәsindәn gәlәn sәrinlikdir, – mәn
dedim.
– Elәdir.
O, bunu deyib siqaret çıxartdı, birini götürüb qutunu mәnә uzatdı.
– Yox, sağ olun, mәn çәkmirәm, – dedim.
– Yaxşı da elәyirsiz…