Page 555 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 555
Òàíûìàäûüûìûç ãàäûíëàð 555

Görәsәn, hәr dәfә kinodan qayıdanda onun pәncәrәsinin işığını
görürdüm?

Giriş qapısının ağzında çantasını yerә qoydu ki, әlimi sıxsın.
– Ən rahatı, – dedi, – sabah axşam saat sәkkizә on dәqiqә
işlәmiş Monparnas vağzalına, Versal qatarına, mәni qarşılamağa
gәlmәyinizdir. Elә ordan gedәrik Jenevyeva Perrogilә. Unutmayın
ha: on doqquz onda.
Günorta studiyaya qayıdanda "In Search of Light and Shadow"nu
oxumağa başladım. Çox qorxurdum ki, ingilis dili mәnә Londonu,
Reneni xatırlada. Lakin sәhifәlәri çevirdikcә mәni yüngül eyforiya
aparırdı, elә bil doktor Bodun sözlәri tәsdiqlәnirdi ki, mәn tam
olaraq bugünümlә yaşaya bilәrәm, amma elә gәlәcәyim dә pis
olmayacaq.
Kitab Mişel Keruredanın çap etdiyim mәtnindәn qat-qat yaxşı
yazılmışdı. Doktor Bod bütün bu ağıllı terminlәrdәn istifadә
etmirdi – özünә dönüş, öz üzәrindә iş, pozalar, hәrәkәtlәr vә an-
lamayaraq çap etdiyim mәtndә çox rast gәldiyim mәxsusi söz
birlәşmәsi “oktava açarı”. O sadәcә olaraq, özünün qorxularından,
cavanlıq tәrәddüdlәrindәn bәhs edirdi – elә mәnim öz qorxularıma
bәnzәyәnlәrdәn. Vә onların öhdәsindәn necә gәldiyindәn. Mәnә
elә gәlirdi ki, oxumuram, – qulağıma bu sözlәri pıçıldayan tanış
sәs eşidirәm. Doktor Bod Lambetdә anadan olmuşdu – Londonun
yoxsullar mәhәllәsindә. Mәn orda heç vaxt olmamışdım, yalnız
qatarla Vaterloo vağzalına yaxınlaşanda onun bir qismini vaqonun
pәncәrәlәrindәn görmüşdüm.

***

Düz saat on qoqquz onda perronda durub, Versal qatarından
düşәn camaat arasında Mişel Keruredanı görә bilmәyәcәyimdәn
narahat idim. Amma onu hәlә lap uzaqda ikәn gördüm: o,
başqaları arasında boyunun uzunluğu vә qulpu olmayan çantasını
   550   551   552   553   554   555   556   557   558   559   560