Page 554 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 554
Ïàòðèê Ìîäèàíî
Xahiş etdi ki, onu evinәdәk ötürüm. Hәmin gün o avtobusa
minib, fәlsәfә dәrsini demәyә getmәyәcәkdi. Amma dәrsә gәlmәyәn
başqa bir müәllimin yerinә bir yığın dәftәr yoxlamalıydı. Mәnә
dedi ki, yaman qәribә kollecdir – bir dә görürsәn müәllimlәrdәn
biri izsiz yox oldu. Onda onu digәrlәri әvәz edir – dәrslәri öz
aralarında bölürlәr – bir sinifdә riyaziyyat, digәrindә ingilis dili
vә ya coğrafiya. Orda işlәyәn bәzi müәllimlәrin diplomu yox idi,
amma rәhbәrlik buna barmaqarası baxırdı. Mәsәlәn, onun özü dә
lisensiat (elmi dәrәcә, bәzi ölkәlәrdә lisentiaturanı bitirәndәn
sonra verilir) imtahanını vermәmişdi. Amma әvәzindә özü üçün
doktor Bodun tәlimini kәşf etmişdi ki, bu da fәlsәfә üzrә dünyanın
bütün elmi dәrәcәlәrini artıqlamasıyla әvәz edirdi.
O, mәnimlә yaxın adamı kimi, etibar edәrәk danışırdı. Bәlkә
mәn artıq onun dostuna çevrilmişdim vә әgәr yığıncaqlarının
birindә iştirakıma razılıq vardısa, hәtta onun özünә bәrabәr
olmuşdum?
– Jenevyeva mәslәhәt görür ki, kollecdәki müәllim vәzifәmdәn
imtina edim vә bütün vaxtımı öz dәrnәyimizә sәrf edim...
Lakin o, müәllimlikdәn әl çәkmәyә cәsarәt elәmirdi. Orda
xeyli pul alırdı vә indi әn yaxşısı bu idi ki, qrup özünün mәnim
kimi yeni üzvlәrinә dәstәk olsun.
Biz Lefevr bulvarıyla aram-aram, tәlәsmәdәn gedirdik, elә bil
dәniz kәnarına gәzintiyә çıxmışdıq.
– Bәs siz? – soruşdu. – Sizin әhval-ruhiyyәniz necәdir?
İlk dәfәydi ki, mәnә belә şәxsi sual verirdi.
– Nә bilim, – deyә cavab verdim.
– Belә yaxşıdır. Doktor Bodun bu cavabdan xoşu gәlәrdi.
Biz Müqәddәs Padualı Antoni kilsәsinә çatdıq. O, mәbәdin
qonşuluğundakı evlәrdәn birinә işarә etdi.
– Mәn bax orda, ikinci mәrtәbәdә yaşayıram.