Page 552 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 552
Ïàòðèê Ìîäèàíî

– Bu ilin әvvәlindә mәni ona, sizi yanına aparmaq istәdiyim
hәmin o xanım tәqdim etmişdi... Xanımın adı Jenevyeva Perrodur...

O, mәnә bәzi şeylәr dә danışdı. Qabaqlar doktor Bod Parisdә
yaşayırdı. Sonra uzun müddәt sәyahәtdә oldu vә nәhayәt, Kali-
forniyada, San-Diyeqo şәhәrindә mәskunlaşdı. Amma Avropaya
tez-tez gәlir ki, Paris, İsveçrә vә İngiltәrәdәki qruplarının işinә
istiqamәt versin. Bunları deyәndәn sonra, tәxminәn bir dәqiqә
üzümә baxdı, sanki çox vacib nәyisә demәyә qәtiyyәti çatmırdı.
Amma sonra sözünә davam etdi:

– Gәlәn ay bizdә doktor Bodun iştirakıyla yığıncaq olacaq.
Elә orda, Jenevyevanın evindә... Bәlkә sizi ona tәqdim etmәyә
razılıq verdi... Baxarıq...

Yәqin, mәni başa salmaq istәyirdi ki, doktor Boda kimsәni
elә-belә, tez-tәlәsik tәqdim elәmirlәr. Mәn hәlә gәrәk özümü
göstәrim. Sabahkı yığıncaq mәnim taleyimi müәyyәn edәcәkdi.
Yәqin, sınağa çәkәcәkdilәr mәni.

O, dәftәrlәrini yığışdırıb çantasına qoydu. Sonra ordan bir
zәrf çıxardı.

– Bu sizә çatacaq... Jenevyeva Perrodan.
Zәrfdә pul vardı: Jenevyeva Perro onları mәnә avans olaraq
ödәyirdi – Keruredanın çap etmәk üçün müntәzәm verәcәyi
başqa mәtnlәrә görә. Tәxminәn ayda iki-üç mәtn. Hәmin mәtnlәr
onların yığıncaqlarında lazım olacaqdı. Bu o demәk idi ki, mәni
artıq dәrnәyin üzvü sayırdılar. O, Jenevyeva Perro ilә söhbәtindә
mәnim barәmdә xoş sözlәr demişdi vә qadın artıq mәnә inanmağa
hazır idi. Onlarda dolanışığı ağır olan qrup üzvlәrinә aylıq maddi
yardım göstәrmәk adәti vardı – onda hәmin üzvlәr dә bütün
vaxtlarını yığıncaqların tәşkilinә sәrf edirdilәr.
Mәn cavab verdim ki, bu pullara görә özümü narahat hiss
edirәm, lakin içimdә olan daha bir fikrimi dilimә gәtirmәdim:
“Barker”dә qazandığım ayda altı yüz frank mәni başa salmışdı ki,
   547   548   549   550   551   552   553   554   555   556   557