Page 547 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 547
Òàíûìàäûüûìûç ãàäûíëàð 547

birimizi eşitmәk üçün qışqıra-qışqıra danışmağa mәcbur olduq.
O, mәnә yazı makinası gәtirmişdi, balaca, yığcam idi, boz, sәrt
materialdan qabı da vardı. Vә bir dә mәtn – göy mürәkkәblә, çox
sәliqәli xәtlә, bircә qaralaması belә olmadan yazılmış otuz sәhifәlik
bir mәtndi; başlığı da belәydi: “Öz üzәrindә iş”.

Soruşdu ki, broşürü oxumuşammı. Cavab verdim: hә, oxudum,
amma hәlәlik axıra kimi yox. Maraqlıdır. O susur, nüfuzedici
baxışlarını üzümdәn çәkmirdi vә sözümün davamını gözlәyirdi.
Mәn mızıldandım ki, oxu sürәtim zәifdir, özümsә fәlsәfәdәn çox
uzaq olduğum üçün hәr bir ifadәnin üzәrindә fikirlәşmәli oluram.

– Bu fәlsәfә deyil, – etiraz etdi, – hәyatımızı yaxşılaşdırmağa
kömәk edәn bir tәlimdir... Özünü tәrbiyәlәndirmәyin bir neçә
qaydasıdır. Əgәr buna lazım olan qәdәr diqqәt göstәrsәniz, tezliklә
görәcәksiniz ki, burada çәtin heç nә yoxdur, hәr şey çox sadәdir.

Bәlkә dә o, axırda öz hәqiqәtinә mәni inandıra bilәcәk. Parisә
gәlәndә mәn elә bir qeyri-müәyyәnliyin içinә düşmüşdüm ki,
kiminsә mәslәhәtinә vә necә yaşamalı olduğum barәdә göstәrişlәrinә
çox ehtiyacım vardı. Lakin bu kafedә düz qarşımda oturmuş,
dediklәrini sәs-küydәn zorla eşitdiyim bu şәxs mәnim kömәyimә
gәlә bilәrdimi? Vә bu özününizamlama mәnә lazım idimi? Axı
“Öz üzәrindә iş” әslindә nәdәn ibarәtdir? Biz küçәyә çıxdıq,
mәn makinanı aparırdım, әlyazmasını isә plaşımın cibinә
soxmuşdum. O, qәhvәyi çantasını qoltuğuna almışdı, görünür,
dәstәsi qırılmışdı. Biz alçaq evlәri olan bomboş, sakit Kastanyari
küçәsiylә gedirdik; yәqin, bu evlәri tezliklә uçuracaqdılar, hәlәliksә
bu yer bir әyalәt qarnizonunun şәhәrciyini xatırladırdı: sәhәrlәr
at ayaqlarının tappıltısı eşidilәn, atların sәf çәkib sallaqxanaya
deyil, yürüşә yollandığı şәhәrciyi.

– Çap etmәyә tәlәsmәyin, – dedi. – Əsası budur ki, bu mәtn
sizi bizim tәlimlә daha yaxşı tanış etsin.

Vә yenә gülümsündü.
   542   543   544   545   546   547   548   549   550   551   552