Page 542 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 542
Ïàòðèê Ìîäèàíî

Vә mәnim gözüm onun qarşısında açıq qalmış dәftәrә sataşdı.
Diqqәt etdim ki, ifadәlәrin çoxunun altından qırmızı xәtt çәkib,
vәrәqin yanlarında isә yenә qırmızı qәlәmlә sual işarәlәri qoyulub.

– Mәn bu mәhәllәdә lap çoxdan yaşayıram... Anamın Lefevr
bulvarındakı köhnә mәnzilindә... Kilsә tәrәfdә...

Kinodan qayıdanda mәn o kilsәnin yanından ötürdüm – müasir
binası vardı, bilmirәm, ya betondan, ya da elә kәrpicdәn tikilmişdi,
qaranlıqda seçә bilmirdim. Bәlkә gec saatlarda işığı yanan elә
onun otağıymış.

– Kilsә müqәddәs Antoni Padualının adını daşıyır. Başqa cür
adlana da bilmәzdi.

O açıq, dik baxışlarını mәndәn çәkmirdi, odur ki, axırda
başımı aşağı dikdim vә gözüm yenә indicә yoxladığı dәftәrә
sataşdı. Mәnә elә gәldi ki, orda, yuxarıda, sәhifәnin yan tәrәfindә
qırmızı qәlәmlә bu sözlәr yazılmışdı: “Kilsә müqәddәs Padualı
Antoninin adını daşıyır. Başqa cür adlana da bilmәzdi”.

– Bәs siz bilirsiniz ki, müqәddәs Padualı Antonidәn adәtәn nә
niyyәt edirlәr? Xahiş edirlәr ki, itmiş şeylәri tapılsın.

O gülümsünürdü – sanki nәsә itirdiyimdәn xәbәri vardı. Mәn
heç vaxt xurafat-zad bilmәmişәm, amma müqәddәs Antoninin
hansı işlәrdә yardımçı olduğunu bilsәydim vә Londonda bu mü-
qәddәsin kilsәsi olsaydı, yüz faiz gedib dua edәrdim ki, şәklimi
tapsın.

– Burda, yaxında, Moriyon küçәsindә tapıntılar bürosu var,
itmiş şeylәrin hamısını ora gәtirirlәr. Dansiq küçәsindә isә evsiz
köpәklәr üçün sığınacaq yerlәşir... Belә bir mәhәllәdir dә, burda
adamlar daim nәsә axtarır.

Bütün bu tәfәrrüatı, sizi Parislә tanış edәn bir bәlәdçi ahәngiylә
yox, mәhz elә әsl fәlsәfә müәllimi kimi danışırdı. Vә bu sakit sәs
içimә bir inam doldururdu. Birdәn istәdim onunla atlardan danışam.
Amma söz tapmadım. Hәm dә onları tәlәffüz etmәkdәn qorxdum.
   537   538   539   540   541   542   543   544   545   546   547