Page 537 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 537
Òàíûìàäûüûìûç ãàäûíëàð 537
vardı. Amma buz kimi nәzakәtlә necә dedi mәnә: “Bu fotolarla
mәn mәşğul olmuram”. Piştaxta qarşısında heç kәs qalmayanda
fürsәtdәn istifadә elәyib ondan şәklimi vermәsini istәdim. Say-
mazyana bir hәrәkәtlә cibindәn talonumu çıxartdı. Əgәr özümü
xatırlatmasaydım, yәqin ki, talon elә cibindә qalacaqdı, sonra da
cırıb tullayacaqdı onu. O, nömrәyә ötәri bir nәzәr saldı, sonra
çevrilib içi foto paketlәriylә dolu siyirmәdә eşәlәnmәyә başladı.
Şәkillәri inamla vә saymazyana hәrәkәtlә eşirdi vә mәn fikir
verdim ki, artıq siyirmәnin dibinә çatmaqdadır. Sürәtlә işlәyirdi.
Mәnә elә gәlirdi ki, heç paketlәrin üstündәki nömrәlәrә dә
baxmır. Sonra da mәnә sarı çöndü:
– Bu nömrәdә bizdә heç nә yoxdur.
Vә soyuq bir tәbәssümlә talonu mәnә uzatdı. Soruşdum ki,
şәklin olmadığına әmindirmi, bәlkә bir dәfә dә baxsın?
– Yox-yox. Bu nömrәli şәkil yoxdur.
Mәn әmin idim ki, şәklimiz o paketlәrin birindәdir. Vә bütün
cәsarәtimi toplayıb soruşdum:
– Özüm baxa bilәrәm?
– Mәn sizә bir dә tәkrar edirәm: bu nömrәli şәkil burda yoxdur.
Onun sәsi o qәdәr quru, baxışları isә elә soyuq idi ki, elә bil
mәni heç adam saymırdı. Heç şübhәsiz ki, mәnimlә danışmağı
da özü üçün әskiklik sayırdı. Anladım ki, daha ümid elәyәsi bir
şey qalmadı.
Küçәdә talona bir dә baxdım. Nömrә 0032. Başqa vaxt bu
hadisәyә qәti әhәmiyyәt vermәzdim. Bu tipin hәlә dә qulaqlarımda
ölüm hökmü kimi sәslәnәn sözlәrinin dә mәnim üçün heç bir
әhәmiyyәti olmazdı. Əgәr Rene mәnim yanımda olsaydı, biz
yәqin, şәklimizi alardıq. Bu tip, sәs tonunu o dәqiqә dәyişәrdi.
Vә mәn birdәn istәdim ki, qayıdıb ona bunları deyәm: “Əgәr
şәklimizi vermәsәniz, mәnim dostum sizin әnginizi dağıdacaq!”,
lakin bu qәzәbim mәnә gülünc gәldi vә o dәqiqә sakitlәşdim.