Page 536 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 536
Ïàòðèê Ìîäèàíî

Növbәti hәftә Rene artıq yox idi. Cümә gününün axırında fo-
tonun dalınca getmәk qәrarına gәldim. Atelye uzaqda idi,
Hammersmitdә. Metroya mindim. Üzәrindә nömrә olan kağızı
kiçik bir paketә qoymuşdum ki, itirmәyim. Bu axı Rene ilә
mәnim birlikdә yeganә fotoşәklim olacaqdı. Elә adamlar var ki,
alboma yapışdırdıqları, hәyatlarının bütün anlarını әks etdirәn
şәkillәrini sizә göstәrirlәr. Onların bәxti gәtirib, – yәqin,
fotoaparatları daim әllәrinin altında olub – әn sәdaqәtli şahid vә
yol yoldaşı. Biz isә bu haqda heç vaxt düşünmәmişik – nә Rene,
nә dә mәn. Bizә sadәcә, günbәgün yaşamaq bәs elәyirdi.

Metro stansiyasından atelyeyә kimi Kinq-stritlә xeyli yol
gedәsi oldum. Qorxurdum ki, atelye bağlı ola. Amma yox,
piştaxta qabağında çoxlu müştәri vardı, arxasında isә iki qarasaç
kişi oturmuşdu; onlar şәkillәri tәhvil verir, ya da foto çıxarmaq
üçün neqativlәri qәbul edirdilәr. Nәhayәt, mәnim növbәm çatdı.
Mәn kağızı kişilәrdәn birinә uzatdım. O, dalğın halda kağıza
nәzәr yetirdi vә onu әlindә tutaraq, üzünü digәr müştәrilәrә
çevirdi. Mәn soruşdum ki, şәklimi nә vaxt verәcәk. Çox quru
cavab eşitdim:

– O şәkillәrlә mәn mәşğul deyilәm. Siz gözlәmәli olacaqsınız.
Mәn dayanıb gözlәyirdim; adamlar atelyeyә girib öz talonlarını
piştaxtadan ötürür, şәkillәrini alıb gedirdilәr. Hәmin o qarasaçın
әlindә daha mәnim kağızım da yox idi. Mәn, әlbәttә, bir yerdә
әylәşib atelye bağlanana kimi gözlәyә dә bilәrdim. Amma yaxşısı
elә piştaxtanın yanında durmaq idi, yoxsa girib-çıxan müştәrilәrin
bu bashabasında tamam unudardı mәni. Qarasaçın diqqәtini yenә
özümә cәlb etmәyә çalışdım, onu sәslәdim, o isә özünü elә
göstәrdi ki, guya eşitmir vә heç mәnә tәrәf baxmırdı da. Mәn
fikirlәşdim: görәsәn bu adam talonumu hara soxdu? Çalışırdım
ki, piştaxtaya lap yaxın durum, onu gözümdәn qaçırmayım.
Qarasaçın tәxminәn otuz yaşı olardı, üzündә bir murdar ifadә
   531   532   533   534   535   536   537   538   539   540   541