Page 538 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 538
Ïàòðèê Ìîäèàíî
Rene artıq burda deyil. Vә çox güman ki, daha görmәyәcәm onu.
Birlikdә keçirdiyimiz dәqiqәlәr artıq yoxluğa mәhkumdur. Bax
indi dә kimsә bizim birgә yaşayışımızın son izini itirmәk istәyir
– Rene, mәn, bir dә it – bizi birlikdә әks etdirәn yeganә şәkil.
Kinq-stritlә getmәyә davam edirdim. Artıq heç nәyә әmin
deyildim, sәki ayağımın altından çalxalanan gәminin göyәrtәsi
kimi qaçırdı. Hә, mәhz belәydi: o qarasaç adam metal kimi his-
siyyatsız sәsi vә nifrәtli baxışlarıyla bizim üçümüzü dә – Reneni,
mәni, bir dә iti götürüb atdı suya. Bu mәnzәrә bir neçә gün dalba-
dal mәnim yuxuma girdi; qorxudan oyanır vә özümә gәlincә – su-
da boğulmadığımı dәrk edincә xeyli çәkirdi, nәfәsimi dәrә
bilmirdim. Vә yenә piştaxta arxasındakı o adam düşdü yadıma.
Niyә atelyeyә qayıdıb sakitcә ona izah etmәyim ki, bu foto mәnә
çox vacibdir vә onun müqabilindә pulunu üçqat ödәmәyә belә
hazıram. Bәli, mәn nәyә desәn, hazır idim, tәki bu fotoşәkli ala
bilәydim. Lakin axırda başa düşdüm ki, bunun faydası yoxdur.
Ümid elәmәli bir şey dә yoxdu. Yәqin, ilk tәәssüratım aldatmamışdı
mәni: bu adam qadınları sevmirdi. Bunu elә o dәqiqә, baxışlarından,
sәsinin metal ahәngindәn, dodaqlarını iyrәnirmiş kimi büzmәsindәn
anladım. Rene mәnә bu cür kişilәr barәdә danışırdı – onlar üçün
qadın yoxdur. Belәlәri qadınlarla sevişmәkdәn xoşlanmırlar. Amma
bunu heç kişilәrlә etmәyә dә cәsarәtlәri çatmır. Niyә? Rene mәnә
izah etdi ki, belәlәri elә hәmişә bakirә qalırlar. Vә mәhz onların
ucbatından müharibәlәr başlanır. Rene deyirdi ki, Hitler dә elәymiş.
Robespyer dә. Rene istәyirdi onlar barәdә kitab yazsın. Bu
mövzuda sәnәdlәr, şәkillәr toplayırdı. Şәkillәrә baxanda sәrt kişilәr
görürdün – Rene onları “rahib-döyüşçü” adlandırırdı. Bellәrinә
kimi çılpaq, hamar gövdәli ağbәniz oğlanlar sıx sıralarla marş
gedirdilәr; başqaları da vardı – piyli, sifәtlәrindә tük olmayan,
başıqırxıq. Fotoların birindә belә tiplәr mağaza vitrinlәrini qırır
vә adamları mәcbur edirdilәr ki, şüşә qırıntılarını yığışdırıb,