Page 541 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 541
Òàíûìàäûüûìûç ãàäûíëàð 541
sıxlaşmalı olurduq. Öz aralarında çox ucadan danışırdılar.
“Barker”dә işlәyәndә yoldaşlarımla birgә nahar etdiyimiz heç
yadıma gәlmir. Mәn yalnız qonşu piştaxtada duran ağbәniz bir
qızla ünsiyyәtdә olurdum. Hәrdәn birlikdә kinoya da gedirdik.
Bir sәhәr, hәlә “telefon şirkәti” kafeni zәbt etmәmiş, mәn
kişinin dәftәr yoxladığı masanın yaxınlığında oturmuşdum. Düzgün
üz cizgilәri, dәrin gözlәri, bәzi yerlәrindәn tökülmәkdә olduğu
bilinәn qısa saçları vardı. Soruşdu ki, tәlәbә deyilәm ki. Parisә
gәldiyim ilk gündәn mәnimlә belәcә, adam kimi danışan birisinә
rast gәlmәmişdim. Baxışı da, sәsi dә mәnә bir inam verirdi; baxışı
dik, sәsi sәmimi idi – adama elә gәlirdi ki, bu adam mәnә heç bir
çirkin mәqsәdi olmadan müraciәt edib. Mәn cavab verdim: yox,
tәlәbә deyilәm. Dedi ki, Paris әtrafındakı kolleclәrin birindә
fәlsәfә kursu aparır. Vә hәftәdә üç dәfә Port-de-Vanvdan avtobusla
hәmin kollecә gedir. Axşam isә Monparnas vağzalına gәlәn qatarla
qayıdır. Sonra da әlavә elәdi ki, şagirdlәri inşanı olmazın dәrәcәdә
pis yazırlar, ona görә dә dәftәrlәri evdә, tәklikdә deyil, elә kafedә
yoxlamağa üstünlük verir, amma uşaqlara qәti qәzәblәnmir buna
görә. Bax, belә... Yaxşı, bәs mәn, mәn hardasa oxumuşam?
Tәklikdәn bu son hәftәlәr elә әziyyәt çәkdim ki, qәlbimi dәli
kimi kimәsә açmaq, kiminlәsә heç olmasa, kәlmә kәsmәk
istәyirdim. Bu adam da elә bil hәmsöhbәtinin sözlәrinә sәmimi
maraq göstәrir – bәlkә dә müәllim olmağından idi bu. Ona
danışdım ki, Londondan gәlmişәm, dostlarımdan biri öz mәnzilini
mәnә verib, burda, lap yaxındadır, amma özümü bu mәhәllәdә
bir az çaşqın, itgin kimi hiss edirәm. Qәribә mәhәllәdir!
O, gözlәrini çәkmәdәn mәni dinlәyirdi, elә bil gizlindәki
fikirlәrimi dә öyrәnmәk istәyirdi. Adama bir keşişlәr, bir dә
hәkimlәr elә baxır.
– Bәlkә dә siz haqlısınız, – dedi. – Hәqiqәtәn dә qәribә mә-
hәllәdir...