Page 545 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 545
Òàíûìàäûüûìûç ãàäûíëàð 545

durmuşdular, müәllim ağaca söykәnmişdi. İkincisi әlindә açıq
bir kitab tutmuşdu vә adama elә gәlirdi ki, onu ucadan oxuyur.
Onların eyni dәrәcәdә ciddi sifәtlәri, geniş alınlı başları vardı.
Şәklin arxasında bunu oxudum: “Mişel vә Canni. Aprel-may,
Rekulonj”. Daxilimdә mübhәm bir qüssәnin necә baş qaldırdığını
hiss etdim. Axı niyә bu kitabın arasında rastıma heç tanımadığım
adamların şәkli çıxır, amma özümә çox gәrәk olan yeganә foto
izsiz-soraqsız yox olur?!

Bir neçә sәhifә oxuyandan sonra broşürü bir kәnara qoydum.
Qabaqlar fәlsәfi şeylәr oxumaq qismәtim olmamışdı vә mәn ki-
tabın mәzmununa zorla diqqәt edә bilirdim. Əgәr düzgün an-
ladımsa, söhbәt insanların müdriklәşmәsini tәmin edәn bir
tәlimdәn gedirdi. Bu tәlimin banisi Bod adlı bir doktor idi.
Demәk olar ki, bütün fәsillәr onun xatırlanmasıyla başlanırdı:
“Doktor Boddan soruşanda ki, tәliminin mәnası nәdәdir...”,
“Növbәti yığıncaqların birindә doktor Bod bir mәsәlәyә toxundu...”,
“Doktor Bod misal olaraq...”. Maraqlıdır, görәsәn, Mişel Keruredan
hәmin bu doktor Bodu şәxsәn tanıyırdımı? Oxumağa macal
tapdığım bir neçә sәhifәdә bu barәdә nәsә dumanlı şeylәr deyilirdi.
Lakin Mişel Keruredanın fikrincә, әsas mәsәlә bu idi ki, doktorun
dilindәn hәqiqәt vә müdriklik çatdırılırdı vә onun tәliminә mütlәq
riayәt etmәk lazım idi. Mәni bu münasibәt tәәccüblәndirdi – axı
yadımda idi ki, Elen Buşe liseyinin nәzdindәki ibtidai mәktәbdә
oxuyanda müәllimlәrin sözünә qәti әhәmiyyәt vermirdim. Elә
katexizis dәrslәrindә dә daim yatırdım. Nә qәdәr utandırıcı olsa
da, indi birdәn dәrk etdim ki, hәyatın mәnası haqda heç
düşünmәmişәm. Özüm vә gündәlik hәyatım üçün yaşayırdım,
yalnız әylәncә, lәzzәt axtarırdım. Əvvәllәr, hәlә lap uşaq ikәn
әlinә yüzfranklıq әsginas keçirmәk vә Nedlekin dükanından
püstәli dondurma almaq, ya da attraksionlar parkındakı “amerikan
tәpәsi”ndә әylәnmәk necә lәzzәt idi – orda, yuxarıda başım
   540   541   542   543   544   545   546   547   548   549   550