Page 532 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 532
Ïàòðèê Ìîäèàíî

Axırda bu nәticәyә gәldim ki, mәn daha uzaq mәsafәlәrә
getmәk iqtidarında deyilәm. Çünki evdәn bir balaca aralanan
kimi, azmaq, xatırladığım, mәnә tanış olan sonuncu әlamәti
itirmәk vә bomboz qaranlıqda әriyәrәk kimliyimi, harda olmağımı
unutmaq qorxusu canımı bürüyürdü.

Tez-tez yuxuda görürdüm ki, tanımadığım, Parisdәmi,
Londondamı olduğunu belә bilmәdiyim bir küçәylә gedirәm vә
evә qayıtmaq üçün yolu yadıma sala bilmirәm vә heç onu da
bilmirәm ki, evim var, yoxsa yox. Yaxınlıqda, Vojirar küçәsinin
lap axırında “Versal” adlı bir kinoteatr tapdım. Onun әn yaxın
yolu Lefevr bulvarından idi. Belәliklә, mәn özümü sallaqxanaları
görmәkdәn xilas edirdim. Demәk olar ki, hәr axşam saat doqquzda
kinoya getmәyә başladım; eyni filmi göstәrirdilәr, amma mәnim
üçün qәtiyyәn fәrqi yox idi. Sonuncu sırada oturan kimi, bir
yüngüllük hiss edirdim. Filmin axırında hәtta onu da unudurdum
ki, kinoteatr sallaqxanaların qonşuluğundadır.

Görәsәn, niyә o Londonda yaşayan avstriyalı mәnә demәmişdi
ki, belә bir mәhәllәdә yaşayır! Əgәr bunu bilsәydim yüz il qala,
tәklifini qәbul etmәzdim. İndi isә artıq çox gec idi.

Kinodan sonra studiyaya eyni yolla qayıdırdım. Küçәnin qarşı
tәrәfindә qaranlıq pәncәrәli evlәr qaya kimi ucalırdı; onların
yalnız birindә işıq yanırdı. Orda daim işıq olurdu, – yәqin, kimsә
gecәdәn xeyli keçәnәdәk mütaliә edir, ya da qonaq gözlәyirdi;
mәnim dә söhbәt edә bilәcәyim kimsә. İndi anlayırdım ki, tәklik
necә pis şeydir vә qorxu içindә yuxulayırdım – qorxurdum ki, at
ayaqlarının sәsi indicә yuxudan oyadacaq mәni. O işıqlı pәncәrәnin
arxasında nal çaqqıltısı yәqin bizdәkindәn daha aydın eşidilmәliydi
vә ordan yolla gedәn atları da görmәk mümkün idi. Uzun illәr
boyu orda yaşayan adam vә pәncәrәsi bulvara açılan digәr
adamlar, dan yeri sökülәndә mәnim bu yaxınlarda gördüyüm
atların sırayla getmәsindәn ibarәt mәnzәrәni izlәyiblәr. İndi mәn
   527   528   529   530   531   532   533   534   535   536   537