Page 528 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 528
Ïàòðèê Ìîäèàíî

familimi, tәvәllüd tariximi deyәrәk inanmağa çalışırdım ki, bu,
hәqiqәtәn mәnәm.

Sonra da hara gәldi getdim. Xoşbәxtlikdәn artıq qaranlıq idi
vә hava әmәlli-başlı soyumuşdu. Mәn parlaq, rәngdәn-rәngә
keçәn işıqlara, yolayrıcındakı işıqforun növbәylә yanan qırmızı
vә yaşıl gözlәrinә çiynimdәn bir yük götürülübmüş kimi baxırdım.

Sağ olsun bu qaranlıq vә soyuq hava ki, mәni elә bil az qala
bataqlığında qәrq olacağım axmaq bir yuxudan oyatdı. İndi
ayaqlarım altında sәrt, etibarlı asfalt vardı. Vә evә çatmaq üçün
sadәcә irәli getmәk, heç bir yana dönmәdәn addımlamaq lazım
idi. Çoxdandı ki, başım belә dәqiq işlәmirdi – elә bil dopinq
qәbul etmişdim; belә bir şey mәnim başıma Londonda, “Barker”dә,
gündüz, yorğunluqdan ayaq üstә dura bilmәyәrәk vitamin C-dәn
dalbadal atanda gәlmişdi. Onda ilahi mәnә ecazkar bir bacarıq –
istiqamәti fәhmlә tәyin etmәk bacarığı bәxş etmişdi. Mәn
tanımadığım küçәlәrlә arxayın, dümdüz addımlayırdım. Onların
adını yalnız sonralar öyrәndim – Doktor Ru küçәsi, Düto küçәsi.
Mәn әmin idim ki, evimizә aparan әn qısa yol mәhz elә bu
küçәlәrdәn keçir...

Nәhayәt ki, gәlib sakit bir meydana çıxdım, Allere meydanına
– belә meydanları yalnız kiçik әyalәt şәhәrlәrindә görmәk olardı.
Kafelәrin birindә hәlә işıq yanırdı. Ora girdim. Martini sifariş
etdim. Bu söz ağzımdan özüm dә bilmәdәn çıxdı, elә bil hardasa
unudulmuş uşaqlığımdan gәlmişdi, özü dә qәfil...

***

Hәmin gündәn etibarәn mәn artıq metroya minmәyә ürәk
elәmirdim. Əlbәttә, evdәn daha tez, günorta çıxmaqla elә etmәk
olardı ki, qәlәbәlik vaxtına düşmәyәsәn. Amma elә ki, Monpar-
nasdakı hәmin o dәhşәtli, qaçılmaz qatar dәyişmәk mәqamı, o
bitmәk bilmәyәn tunel yadıma düşürdü... Port-de-Vanvdan keçәn
   523   524   525   526   527   528   529   530   531   532   533