Page 527 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 527
Òàíûìàäûüûìûç ãàäûíëàð 527
sükutu dağıda bilim. Otaqda içindә çoxlu kitab olan rәflәr vardı,
әlimә ilk keçәni götürürdüm. Amma kitab oxuyanda da radionun,
valoxudanın sәsini kәsmirdim. Kitabların hamısı uzaq ölkәlәrә,
kimsәsiz adalara sәyahәt barәsindәydi. Bәlәdçilәr, planlar, dәniz
xәritәlәri... Sәhәrdәn axşama kimi Port-de-Vanvdakı bu otaqda
oturub, bütün dünyanı dolaşmaq olardı. Kitab oxuyanda
yüngüllәşirdim, onlar mәndә sәyahәt eşqi yaradırdı. Axı әslindә,
mәn azad idim, hara istәsәm gedә bilәrdim, amma indidәn çox
uzaqlara getmәk fikrim yox idi.
Axşam saat altı üçün küçәyә çıxırdım. İlk dәfә hәqiqi qorxunu
metroda yaşadım. Hәmin axşam marşrutumu dәyişmәk qәrarına
gәldim. Renn vә Vojirar küçәlәriylә adәt etdiyim gәzintim içimә
mübhәm bir qorxu doldurdu. Yәqin ki, daim eyni küçәlәr, eyni
sәkilәrlә gündәn-günә daha cansıxıcı görünәn hәmin o Latın
mәhәllәsinә getmәyimdәn idi bu...
Monparnasda xәtti dәyişib Yelisey çöllәrinә gedәn qatara
mindim. Hәr tәrәfindәn göstәricilәr asılmış uzun tunellә, camaatın
arasında – günün әn qәlәbәlik çağıydı burda – sıxılaraq gedirdim:
“Port-de-la-Şapel istiqamәti”. Yalnız düz getmәk mümkün idi,
yoxsa adamın әzib suyunu çıxarardılar. Yaman yavaş gedirdik.
Adamlar bir-birinә sıxılmışdı, Tunel isә perrona aparan pillәkәnә
çathaçatda lap daralırdı. Geri qayıtmaq qeyri-mümkün idi, insan
seli mәni dә özüylә aparırdı vә elә bilirdim, indicә әriyib itәcәm.
Sadәcә yox olacam, tunelin sonuna çatmadan yox olacam, vәssalam...
Perronda qorxdum ki, burdan heç vaxt çıxa bilmәyәm. İndi
mәni dә insan seli aparıb vaqona salacaqdı. Vә hәr yeni stansiyada
vaqona minәnlәr bizi getdikcә daha dәrinә itәlәyәcәkdilәr. Qatar
dayandı. Bashabasa vә dörd bir tәrәfdәn dәyәn dürtmәlәrә bax-
mayaraq, özümü birtәhәr qapıya çatdırdım vә çıxanların dalğasına
düşüb bir dә gördüm ki, perrondayam. Nәhayәt ki, yuxarı qalxdım
vә tәzәdәn tәmiz havaya çıxdım. Yenә sağ idim. Ucadan adımı,