Page 525 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 525
Òàíûìàäûüûìûç ãàäûíëàð 525

bir ay keçinmәk mümkün idi, amma sonra Londona qayıtmalı
olacaqdım.

Gәlişimdәn iki, ya üç gün sonra, sәhәr saat on birdә telefon
sәslәndi. Elә tәzәcә oyanmışdım. Qadın sәsi Jorj Krameri soruşdu
– avstriyalının adı belәydi. Dedim ki, sәfәrdәdir. Pauza. Sonra
qadın maraqlandı ki, mәn kimәm. Dedim ki, ev sahibi yoxdur
deyә, evin keşiyini çәkirәm. O öz nömrәsini qoydu vә xahiş etdi
ki, gәlsә, nömrәni ona çatdırım. Amma hәr halda iki hәftәdәn-
zaddan sonra bir dә zәng edәcәkdi. Mәn fikirlәşdim ki, çarpayının
yanındakı gecә masasında duran bu aparat qәtiyyәn gәrәyim
deyil. Mәn Fransanı lap çoxdan tәrk etdiyimdәn, indi inanmıram
ki, kiminsә yadına düşәm. Boş yerә fikirlәşirdim ki, kimә zәng
vura bilәrәm, – amma kimsә ağlıma gәlmirdi. Hәyatın dinc axa-
rını heç nә pozmamalıdır. Lakin hardasa axşam saat altıdan sonra
içimә elә darıxmaq hissi dolurdu ki, istәr-istәmәz özümә sual
edirdim: bәlkә hәmin o telefonunu qoyan qadına zәng edim? O
vaxt nömrәni bir parça kağıza yazıb gecә masasının çәkmәcәsinә
soxmuşdum. Vә mәn bu çәkmәcәni açırdım. Nömrәyә baxırdım
OTÖY 15-28. Artıq onu әzbәr bilirdim. Bәs birdәn mәnә Corc
Kramerin özü zәng vurdu ki, görsün hәr şey qaydasındadırmı –
onda necә? Elә qadın özü dә söz vermişdi ki, mütlәq zәng
edәcәk. Qısası, işlәrim o qәdәr pis deyildi.

Günortadan sonra “Port-de-Vanv” stansiyasında metroya
minirdim vә Monparnasa gedirdim. Ordan Renn küçәsiylә, bir
dә Vojirar küçәsiylә Lüksemburq bağına, Latın mәhәllәsinә
gedirdim. Elә hәmin mavi sәma vә şaxtalı yanvar günәşi. Sen-
Mişel bulvarındakı kitab dükanlarında vә kafelәrdә dolaşırdım.
Bulvarda dәstә-dәstә gәzәn tәlәbә görәn kimi, azca sakitlәşirdim.
Elә istәyirdim ki, kürәyimdә çantam mühazirәlәrdә oturum,
cәdvәl üzrә yaşayım! Mәn, әlbәttә, sağ sahillә, Yelisey çöllәri vә
   520   521   522   523   524   525   526   527   528   529   530