Page 524 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 524
Ïàòðèê Ìîäèàíî
Otağa girdim. O, trümonun yanındakı kresloda oturub, mәni
gözlәyirdi. Qorxudan diksindi. Gözlәrini bәrәltdi vә nәhayәt,
ağır göz qapaqlarını tam qaldırıb üzümә baxdı. Yәqin atәş açmaq
bacarığı mәnә atamdan irsәn keçib, çünki bu müsyönü elә ilk
güllәdәn öldürdüm.
3
Mәn, әlbәttә, o zamanın çox hadisәlәrini unutmuşam, amma
elә indi dә o barәdә düşünәndә, at nallarının çaqqıltısını aydın
eşidirәm.
Parisә yanvar ayında gәldim, onda on doqquz yaşım vardı.
Londondan qayıtmışdım. Payızda Nottinq-Hilldә tanış olduğum
bir avstriyalı mәnә Parisdәki studiyasının açarını verdi. Özü
Mayorkada çox qalmaq niyyәtindәydi vә istәyirdi ki, gәlәnәdәk
mәnzilindә kimsә yaşasın. Mәn dә bu tәkliflә razılaşdım.
Qabaqlar bu mәhәllәyә heç vaxt yolum düşmәmişdi. Şovlo
küçәsi – “Port-de-Vanv“ metrosunun yanında. Enli pәncәrә
xudmani pavilyonu olan bağa açılırdı; balaca ev dә, elә bağ da
çoxdan atılmışa oxşayırdı. Bu studiyada tәk qalan kimi fikirlәşdim
ki, görәsәn, bura uyğunlaşa bilәcәyәmmi. Londonu gözlәnilmәdәn,
qәfil tәrk etmişdim; daha mәni orda saxlayan bir qüvvә yox idi.
Burda, Parisdә isә, mәnә heç tanış olmayan bir mәnzildә әtraf
dünyadan büsbütün ayrılmışdım elә bil.
Tәzә yerdә ilk gecә yata bilmәdim. Ətrafda ölü bir sükut
vardı, elә bil evdә yaşayan yox idi. Sәhәr, dan yeri hәlә sökülәndә
isә mәni yuxudan at nallarının çaqqıltısı oyatdı. Fikirlәşdim ki,
yәqin süvari alayı-zad keçir evin böyründәki bulvardan.
Yanvarın son hәftәsiydi, hava xoş, sәma aydın. Göylәr parlaq
bir maviyә boyanmışdı. Günlәr isә bir-birini daim mavi olan bu
sәma vә bu mehriban günәş altında әvәz edirdi. “Barker”dә
işdәn çıxanda aldığım iki min frank hәlә dururdu. Bu pula düz