Page 523 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 523
Òàíûìàäûüûìûç ãàäûíëàð 523

– Çalış bizim dayәni mәnim gәlişimә yaxşıca hazırlayasan! –
deyә digәri özünün cırıltılı, iyrәnc sәsiylә dedi. – Mәn yarım
saatdan sonra gәlәcәm...

Yenә gülümsünürdü üzümә.
– Bacardığımı әsirgәmәrәm. – müsyö Aspen ona cavab verdi.
– Hә... mәhz... bacardığını...
Vә o qәhqәhәylә güldü – qәhqәhәsi sәsindәn dә tükürpәrdici
idi.
Biz qonaq otağından çıxdıq. Vә mәn yenә yuxarı qalxmağa
başladım – müsyö Aspenin dalınca.
Geniş otaq, enli çarpayı, divarlara solğun-sarı parça çәkilib.
Digәr, taybatay qapı vanna otağına aparırdı. İki pәncәrәnin ara-
sında üstü qadınlara aid olan xırda-xuruşla dolu bir trümo vardı:
daraqlar, pudra qabları, әtir şüşәlәri. Mәn elә ilk baxışdan anladım
ki, bu mәnim otağım deyil. Qapının üstündә kiçik açar vardı.
Qapını kilidlәdi. Açarı cibinә qoydu. Anbaan mәn bir az da
sakitlәşirdim.
– Müsyö, vanna otağına keçә bilәrәmmi?
O, başını tәrpәtdi. Vә mәnә әllifuntluq әsginas uzatdı – elә bil
çaypulu verirdi.
– Yaxşı, bugünlük mәnә “müsyö” deyә bilәrsәn... Belә daha
yaxşıdır...
Vanna otağına öz çantamla girdim. Qapını örtüb, suyu açdım.
Krandan su möhkәm şırıltıyla axmağa başladı. Vannanın qırağına
oturub, çantamda eşәlәndim, revolveri vә patron qutusunu
çıxartdım. Barabanını doldurdum. Fәrqi yox idi, nә baş versә
belә, mәni eyni şey gözlәyirdi. Eyni hәrәkәtlәr. İlin eyni fәsillәri.
Eyni göllәr. Bazar axşamları eyni avtobuslar. Bazar ertәsi.
Çәrşәnbә axşamı. Cümә. Yanvar. Fevral. Mart. May. Eyni günlәr.
Eyni insanlar. Eyni saatlarda. “Gör barmaqların yerindәdi?” –
atam belә deyirdi.
   518   519   520   521   522   523   524   525   526   527   528