Page 522 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 522
Ïàòðèê Ìîäèàíî
– Yaxşı ki, biz Klub-58-ә ova getmәdik, – ikincisi cavab
verdi. Özü dә indi, bizә belә bir gözәl xanım tәşrif gәtirәndә...
Müsyö Aspen elә bil zorla gülümsündü; o öz dostuna bir
heyranlıqla, az qala mәhәbbәtlә baxırdı. Mәn hiss edirdim ki,
onları bir-birinә nәsә çox qaranlıq, şübhәli münasibәtlәr bağlayır.
– Eybi yox, – deyә, qonaq sözünü davam etdirdi, – uşaqlar
hәlәlik evdә olmadığı üçün, qoy indi bizim dayәmiz olsun.
– Sәn bunu necә tәsәvvür edirsәn? – müsyö Aspen gülә-gülә
soruşdu.
Hәmin an, nәhayәt tam әmin oldum ki, onların hәr ikisi sәr-
xoşdur vә indi hәr şeyә hazırdırlar. Onun hәmin bu dostu da özü-
nü yüz faiz, portyenin diliylә desәm, adi insanların tabe olduğu
bütün qanunlardan vә şәrtiliklәrdәn üstün bilirdi. Mәn isә onlar
üçün sadәcә, adi adamlardan biriydim.
Müsyö Aspen ayağa qalxıb, çilçırağı söndürdü. İndi divan
alaqaranlığa qәrq olmuşdu. İkincisi mәnim kreslomun qoltuğuna
oturdu vә mәn onun әlini başımın arxasında hiss etdim.
– Hә-ә, göstәrin görәk, dayәlәrin qabiliyyәti nәyә çatır.
Müsyö Aspen divana çökdü, mәnә yaxın oturdu, sanki maraqlı
bir tamaşaya baxmağa hazırlaşırdı. Dostunun әli isә peysәrimi
getdikcә daha bәrk sıxırdı. İstәyirdi mәni әyilmәyә mәcbur elәsin,
amma daş kimi donub qalmışdım, pozamı qәti dәyişmirdim.
– Mәn istәrdim ki, bunu mәnim otağımda edәsiniz, – deyә
aramla vә çox aydın şәkildә dedim.
Aşkar görünürdü ki, onların hәr ikisi bu soyuqqanlılığıma
tәәccüblәndilәr.
– Əlbәttә... O, düz deyir, – dostu dillәndi. – Onun öz otağında
bu, qat-qat artıq lәzzәt verәr.
Əli boşaldı.
Mәn qalxdım. Müsyö Aspen dә. Çantamı götürdüm.
– Otağınız üçüncü mәrtәbәdәdir, – müsyö Aspen dedi.