Page 556 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 556
Ïàòðèê Ìîäèàíî
daşımaq manerasıyla seçilirdi – çantasını bir uşaq, ya da it kimi
qucağında aparırdı.
Biz metroya girdik. Yenә hamı bashabasda sıxılaraq dik dur-
muşdu, amma bu dәfә qәti qorxmurdum. Yanımda bәlәdçim var-
dı, doktor Badın gecә yarısından sonra bitirdiyim kitabı isә mәnә
qeyri-adi bir tәmkin, sakitlik gәtirmişdi. Biz “Konvansyon” stan-
siyasında çıxdıq. Keruredan dedi ki, Jenevyeva Perro lap yaxında,
Dombal küçәsinin әvvәlindә yaşayır.
Sonralar mәn tez-tez Jenevyeva Perrogilә gedәndә әn ağlasığmaz
marşrutlar tapırdım, tәki sallaqxananı vә at alverçilәrinin tövlәlәri
yerlәşәn küçәlәri görmәyim. Yadımdadır ki, “Versal” kinoteatrının
yanından әtraflarında әkilmiş ağacların kәllәsi yaşıl çadır kimi
üstümü örtәn dar yolla addımlayırdım; deyәsәn, o, Vijirar
xәstәxanasının hasarı boyunca gedirdi. Bu cığır vә cökә ağaclarının
xoş rayihәsi canıma yaman sinirdi. O zamandan bәri çox illәr
keçib, mәnimsә yolum o mәhәllәyә heç düşmәyib. Sallaqxanaları
çoxdan söküblәr. Amma itlәr üçün sığınacaq, tapıntılar bürosu vә
Müqәddәs Padualı Antoni kilsәsi hәlә dә öz yerindә durub. Vә
bu haqda fikirlәşәndә, nәdәnsә, mәnә elә gәlir ki, Jenevyeva
Perro vә doktor Bodu yalnız elә bu mәhәllәdә tapa bilәrdim.
5/7 nömrәli ev. Kürsülü, hündür ev küçәdәn dәmir hasar vә
balaca hәyәtlә ayrılmışdı. Biz üstündә 7 yazılmış sağ tәrәfdәki
giriş qapısından girdik. Keruredan pillәlәrlә mәndәn qabaqda,
çantasını ikiәlli qucaqlayaraq qalxırdı. İndi artıq yadımda deyil
ki, hansı mәrtәbә idi. Deyәsәn, sonunculardan biriydi. Keruredan
qapının zәngini üç dәfә basdı.
Qapını üzümüzә Jenevyeva Perronun özü açdı. Onun tünd
rәngli, hamar daranmış saçları arxadan yığılmışdı. Dәhlizin
alaqaranlığında onun üzünün ifadәsi mәnә çox ciddi gәldi. Biz
dәhlizdәn keçib sola döndük vә zala girdik. Bir neçә torşer
yumşaq, ilıq işıq verirdi. Pәncәrәlәrin qalın pәrdәlәri çәkilmişdi.
Bizi qarşılamağa hündürboy bir kişi qalxdı. Mişel Keruredanın