Page 557 - Patrik Modiano "Seçilmiş əsərləri"
P. 557
Òàíûìàäûüûìûç ãàäûíëàð 557
dostunu boyundan tanıdım – “aprel-may, Rekulonj” fotoşәklindәki
adam idi. Bir anlıq hәrәkәtsiz durdu, eynәn әlindә açıq kitab
tutduğu şәkildә durduğu kimi. Sonra әlini yellәyib Mişel Keruredanı
salamladı vә mәnә müraciәt etdi:
– Mәnim adım Cannidir. Sizi görmәyimә çox şadam.
Onun sәsi Keruredanınkından azacıq bәm idi. Mәn onun әlini
sıxdım, amma adımı demәdim. O, boz velvet kostyum geymişdi,
nimdaş vә onun arıq bәdәni üçün xeyli gen idi.
Jenevyeva Perro mәnә gülümsündü. İndi o bayaq, dәhlizdә
göründüyündәn xeyli cavan idi vә üzünün yumşaq ifadәsinә
tәkcә arxasında yığdığı saçları uyğun gәlmirdi. Onun yüngül,
sirli tәbәssümü mәni sanki qucaqlayırdı, eynәn yaşıl gözlәri
kimi. Ciddi, sumağı paltar geymişdi. Nә bir bәr-bәzәyi, nә üzüyü-
zadı vardı. Yalnız bilәyindәki qızıl zәncirbәndi parlayırdı.
– Mişel sizin barәnizdә çox yaxşı sözlәr deyir. Mәn isә bizim
üçün gördüyünüz işә görә tәşәkkür edirәm sizә.
O, aydın sәslә, әsl parisli lәhcәsiylә danışırdı. Mişel Keruredan
vә Canni bardaş quraraq, yerә, yun xalının üstünә oturdular.
– Əylәşin, – deyә, elә hәmin tәbәssümlә mәnә müraciәt elәdi.
Vә xalçanı göstәrdi. Amma otaqda onsuz da stul-filan yox idi,
yalnız ağır pәrdәlәri çәkilmiş pәncәrәylә tünd rәngli ağacdan
düzәlmiş yazı masasının arasında dәri söykәnәcәkli kreslo dururdu.
Özü dә bardaş qurub, xalçaya oturdu, amma qamәtini çox şax
tutmuşdu. Biz dördümüz bax belәcә dairә şәklindә yerdә oturmuşduq
vә elә bil hәlә qaydasını bilmәdiyim hansısa oyuna hazırlaşırdıq.
– İndi qiraәtlә mәşğul olacağıq, – deyә, Jenevyeva Perro
özünün aydın sәsiylә elan etdi. – Nәsә sadә, amma mühüm bir
şey seçәk ki, yeni rәfiqәmizin gәlişini layiqincә qeyd edә bilәk.
Mişel Keruredan yanında durmuş qәhvәyi çantasını açdı, bir
neçә vәrәq çıxararaq onları Canniyә uzatdı.
– Bu gün sәn oxumalısan, – dedi.